“Gilan” holdinqdə maaş böhranı: yemək də kəsilib

14-11-2018, 11:46           
“Gilan” holdinqdə maaş böhranı: yemək də kəsilib
“Gilan” holdinq işçilərin əmək haqlarını vaxtı-vaxtında ödəyə bilmir. Bu barədə AzEuroNews.com-un əldə etdiyi məlumata görə, şirkətdə xeyli zamandır maliyyə böhranı yaşanır. “Gilan” işçilərin maaşlarını bir ay gecikmə ilə ödəyir.
Hazırda işçilər sentyabrın əmək haqlarını alsalar da, oktyabrın maaşını hələ verməyiblər. Bundan başqa, əvvəllər “Gilan” işçilərinə günorta yeməyini verirdi. Ancaq bir müddətdir ki, holdinq naharı da kəsib. Bəzi məlumatlarda maliyyə böhranı “Gilan”ın qeyri-rəsmi sahibi olduğu deyilən fövqəladə hallar naziri Kəmaləddin Heydərovla əlaqələndirilir. Nazirin işlərin axır vaxtlar heç yaxşı getmir. “Gilan”a məxsus bir sıra müəssisələr də “Paşa” holdinqin nəzarətinə keçib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru