Tonoyan daha çox Su-30 istəyir

14-02-2019, 09:43           
Tonoyan daha çox Su-30 istəyir
Ermənistan Rusiyadan Su-30CM çoxfunksiyalı hərbi təyyarələrinin alışını davam etdirəcək.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Müdafiə naziri David Tonoyan deyib. Onun sözlərinə görə, Ermənistan 4 Su-30CM təyyarəsinin tədarükü ilə kifayətlənməyəcək.

Qeyd edək ki, Moskva və İrəvan bundan öncə Su-30CM təyyarələri ilə bağlı razılaşma imzalayıb. Razılaşmaya əsasən, Rusiya Ermənistana 4 təyyarə verməlidir. Rusiya bu qırıcıları Ermənistana “daxili qiymətlər və uzunmüddətli kreditlə” bağışlayır.

Təyyarələr İrəvana 2020-ci ildə təhvil verilməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru