Kamal Abdulla saytları məhkəməyə verir - “Onlardan alınan vəsait...”

18-02-2019, 18:20           
Kamal Abdulla saytları məhkəməyə verir - “Onlardan alınan vəsait...”
Akademik Kamal Abdulla bəzi saytları məhkəməyə verib, maddi təzminat tələb edəcək.

BakuPost xəbər verir ki, bu barədə qərar K.Abdullanın rəhbərlik etdiyi Azərbaycan Dillər Universitetinin Elmi Şurasının bu gün keçirilən iclasında qəbul edilib. Rektor çıxışında bildirib ki, çox böyük islahatlar aparıldığı bir dönəmdə müxtəlif mətbuat orqanlarında ali təhsil ocağının rəhbərliyi və kollektivini hədəf alan böhtan xarakterli yazılarla tez-tez rast gəlinir və bunun qarşısını almaq üçün ölçü götürməyin vaxtı çatıb.

İclasda söz alan Elmi Şuranın üzvləri, o cümlədən ali məktəbin professor müəllim heyəti heç bir əsası olmayan ittihamların onların nüfuzuna xələl gətirdiyini, peşəkar fəaliyyətlərini gözdən saldığını qeyd ediblər. Müzakirələrdən sonra qərara alınıb ki, Azərbaycan Dillər Universiteti ilə bağlı yazılan böhtan xarakterli materiallar yer alarsa, həmin şəxslər və saytlar haqqında Mətbuat Şurasına, o cümlədən məhkəməyə müraciət ediləcək: "Əlbəttə ki, nəticə universitetin xeyrinə həll olunacaq və əldə olunan vəsait tələbələrə veriləcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru