“Verilişdən sonra Pənah Hüseyn Tofiq Abbasovu şapalaqlayıb” – Əvəz Zeynallı

23-02-2022, 16:01           
“Verilişdən sonra Pənah Hüseyn Tofiq Abbasovu şapalaqlayıb” – Əvəz Zeynallı
Rauf Arifoğlunun moderatorluq etdiyi “Dərin təhlil” verilişində ötən gün baş verən insident böyük rezonans doğurdu. Politoloq Tofiq Abbasovun opponenti, keçmiş baş nazir Pənah Hüseynə fiziki təzyiq göstərməsi səs-küysüz ötüşmədi. İctimai-siyasi xadimlər, jurnalistlər T.Abbasovu özündən bir neçə yaş böyük olan opponentinə əl qaldırdığına görə qınadılar.


Tərəflər arasında qarşıdurma bununla yekunlaşmayıb. Tofiq Abbasovla Pənah Hüseyn verilişdən sonra yenidən əlbəyaxa olublar.

Bu barədə bu gün Müsavat TV-nin qonağı olan tanınmış jurnalist Əvəz Zeynallı məlumat verib.

Əvəz Zeynallı deyib ki, verilişdən sonra Pənah Hüseynlə görüşərək bu məsələni müzakirə ediblər:

“Pənah bəyin başına gələnlərə görə çox üzüldüm. Eşitdiyimə görə, verilişdən sonra onlar yenidən dalaşıblar və Pənah Hüseyn Tofiq Abbasovu yaxşıca şapalaqlayıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru