Putin Ukrayna hərbçilərini ölkədə hakimiyyəti ələ keçirməyə çağırdı
26-02-2022, 00:08
Rusiya prezidenti Vladimir Putin Ukrayna hərbçilərinə müraciət edib. O, hərbçiləri ölkədə hakimiyyəti öz əllərinə keçirməyə çağırıb. Dövlət başçısı həmçinin Ukrayna əsgərlərinə də üz tutub. Putin onlardan radikalların dinc əhalidən canlı qalxan kimi istifadə etməsinə imkan verməməyi xahiş edib. Mənbə: “RİA Novosti”