Poroşenko da silaha sarıldı – “Putin, sadəcə dəlidir” (FOTO)
25-02-2022, 21:23
Ukraynanın sabiq Prezidenti Petro Poroşenko da silaha sarılıb.
“AzPolitika.info” “CNN”-ə istinadla xəbər verir ki, Petro Poroşenko bu gün Kiyev döyüşçülərinin əhatəsində əlinə silah alaraq rusları gözlədiyini bildirib: “Ukraynalılar hər zaman ölkələrini müdafiə etməyə hazırdırlar. Hamı başa düşməlidir ki, Putin təkcə Ukraynaya yox, bütün dünyaya müharibə elan edib. Putin, sadəcə dəlidir”.