UKRAYNA ORDUSU İŞĞALÇILARI DAYANDIRDI! - "Kiyevə hücumun qarşısı alınıb"

27-02-2022, 08:00           
UKRAYNA ORDUSU İŞĞALÇILARI DAYANDIRDI! -
Ukrayna hərbçiləri faktiki olaraq rus ordusunun şərqdən Kiyevə doğru irəliləməsinin qarşısını alıb.

Bu barədə daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib. Daxili işlər nazirinin müşaviri Anton Geraşenko Ukrayna Silahlı Qüvvələrinin paytaxtın müdafiəsində böyük qələbə qazandığını bəyan edib.

Onun sözlərinə görə, Qostomeldəki düşmən qruplaşmasını məhv etmək qalır və o halda təcavüzkar paytaxtdan geri atılacaq.

DİN rəsmisi xatırladıb ki, bu gün Rusiya Federasiyasından Çerniqov cə Sum şəhərləri istiqamətindən Kiyevə hücum edən rus hərbçiləri üçün yanacaq daşıyan eşalon da məhv edilib.

Onun sözlərinə görə, artilleriya işğalçının 3 min tondan artıq yanacağını məhv edib. Bir daha qeyd edib ki, şərqdən Kiyevə hücumun qarşısı alınıb.

“Rusiya Federasiyasına gedən yollar söküldüyündən və tezliklə bərpa olunmayacağından, Ukrayna Silahlı Qüvvələri düşmənin şərqdən Kiyevə doğru irəliləyişini faktiki olaraq dayandırıb”, Geraşenko xalqa müjdə verib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.