Rus ordusu Xarkovda azərbaycanlı tələbəni öldürdü - Xalq rəssamının qardaşı oğludur

28-02-2022, 00:07           
Rus ordusu Xarkovda azərbaycanlı tələbəni öldürdü - Xalq rəssamının qardaşı oğludur
Ukraynanın Xalq rəssamı Katib Məmmədov bu gün Xarkovda küçədə atışma zamanı qardaşı oğlu Qoşqar Məmmədovun güllələndiyini təsdiqləyib.

K. Məmmədov APA-ya açıqlamasında bildirib ki, Xarkova qonaq gəlmiş Q. Məmmədov silahsız, mülki şəxs olduğu halda ona atəş açılıb və o, həyatını itirib.

Hazırda Azərbaycanın Xarkovdakı konsulluğunun da dəstəyi ilə Q. Məmmədovun nəşinin Azərbaycana göndərilməsi imkanları araşdırılır.

***

Xarkovda küçədə atışma zamanı Ukraynanın Xalq rəssamı Katib Məmmədovun qardaşı oğlu güllələnib.

Bu barədə APA-ya hazırda Azərbaycanın Ukraynadakı konsulluğunda olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli məlumat verib

S. Adıgözəlli deyib ki, K.Məmmədov qardaşı oğlunun tələbə olduğunu bildirib. Hazırda atışma olduğundan küçədən meyiti götürmək mümkün deyil.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.