BMT nüvə münaqişəsi ideyasını ağlasığmaz hesab edir

28-02-2022, 00:06           
BMT nüvə münaqişəsi ideyasını ağlasığmaz hesab edir
BMT hətta nüvə münaqişəsinin mümkünlüyü fikrini də ağlasığmaz hesab edir. “Report” xəbər verir ki, bu barədə dünya təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

"Nüvə münaqişəsi ideyasının özü sadəcə ağlasığmazdır", - Dujarrik vurğulayıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Kremldə müdafiə naziri Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla görüşündə deyib ki, NATO-nun aparıcı ölkələrinin yüksək səviyyəli rəsmiləri də Rusiyaya qarşı aqressiv bəyanatlara yol verirlər. O, bununla əlaqədar Rusiya ordusunun mühafizə qüvvələrini xüsusi döyüş növbətçiliyinə keçirməyi əmr edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru