3000 avtomat, 200 tank əleyhinə qumbaraatan... - Belçikadan Ukraynaya böyük dəstək

28-02-2022, 07:49           
3000 avtomat, 200 tank əleyhinə qumbaraatan... -
Belçika Ukraynaya 3000 avtomat, 200 tank əleyhinə qumbaraatan verəcək.

"Musavat.com" xəbər verir ki, bu barədə Belçikanın baş naziri Aleksandr de Kroo tvitterdə məlumat verib.

"Rusiyanın işqalına qarşı Ukraynanın özünü müdafiə etmək hüququ var. Ona görə də biz əlavə olaraq Ukraynaya 3 min avtomat, 200 tank əleyhinə mərmi verəcəyik", - Aleksandr de Kroo yazıb.

Məlumatı Ukrayna prezidenti Volodimir Zelenski də təsdiqləyib.

"Belçikanın bizə daha 3000 avtomat və 200 tank əleyhinə qumbaraatan göndərdiyini bilmək xoş idi. Belçika rəhbərliyinə təşəkkür edirik", - Zelenski deyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.