Sinqapur Rusiya qarşı sanksiyalara qoşuldu
28-02-2022, 11:38

“Sinqapur hakimiyyəti bəzi Rusiya banklarının maliyyə əməliyyatlarına qadağa qoyub”.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Vivian Balakrişnan parlamentdə bildirib. “Sinqapur bəzi Rusiya bankları ilə bağlı maliyyə əməliyyatlarını bloklamaq niyyətindədir. Ətraflı addımlar üzərində iş gedir və yaxın vaxtlarda bu barədə məlumat veriləcək”, - Balakrişnan qeyd edib. XİN rəhbəri həmçinin, Ukraynada birbaşa silah kimi istifadə oluna bilən mallara ixrac nəzarəti tətbiq etmək planlarını açıqlayıb: “Biz gözləyirik ki, bu cür tədbirlər bizim biznesimiz, vətəndaşlarımız və bütövlükdə Sinqapur üçün müəyyən nəticələr verəcək. Lakin biz müstəqilliyin və suverenliyin əsasını təşkil edən prinsipləri, mövcud olmaq hüququmuzu və öz hüququmuzu müdafiə etməsək, bir millət kimi firavanlıq bir gün sual altına düşə bilər”.
Bundan əlavə, “Singapore Airlines” Sinqapurdan Moskvaya uçuşları dayandırıb. “Texniki səbəblərə görə, Sinqapur və Moskva arasında uçuşlar (SQ362 və SQ361) fevralın 28-dən etibarən dayandırılacaq”, - məlumatda deyilir. Şirkət həftədə üç dəfə uçuşlar həyata keçirirdi.