MƏŞHUR RUS KOMANDİR ÖLDÜRÜLDÜ - 42 nəfər məhv edildi

1-03-2022, 00:03           
MƏŞHUR RUS KOMANDİR ÖLDÜRÜLDÜ -
Rusiya Milli Qvardiyasının xüsusi təyinatlı (SOBR) dəstəsi Kiyev ətrafındakı döyüşlərdə məhv edilib.

"AzPolitika.info" xəbər verir ki, bu barədə Rusiyanın tayga.info saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, döyüşlərdə SOBR-un Kemorov vilayəti üzrə komandiri Konstantin Oqiy də ölüb. O, Rusiyanın Əfqanıstan və Çeçenistanda keçirdiyi hərbi əməliyyatlarda da iştirak edib.

Rusiyanın Tayqa.info saytı isə xəbər verir ki, Konstantin Oqiyin qrupu pusquya düşüb. Məlumatda deyilir ki, Oqiy ilə birlikdə 42 nəfər ölüb.

Oqiyin rəhbrəlik etdiyi dəstə Ukraynaya Belarusiyadan daxil olub. Bu gün öldürülən xüsusi təyinatlıların nəşi Rusiyaya göndəriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru