RUSİYA XARKOVDA MÜLKİ OBYEKTLƏRİ HƏDƏFƏ ALIR - Şəhəri tam dağıdırlar + VİDEOLAR 1-03-2022, 12:37 Ukraynanın Xarkov şəhəri növbəti dəfə raket hücumuna məruz qalıb. Sosial şəbəkədə yayılan görüntülərdə şəhərin mərkəzinə zərbə endirilməsi əks olunub.Videodan aydın görünür ki, sözügedən ərazidə, hətta yaxınlığında belə heç bir hərbi obyekt yoxdur.Zərbə avtomobillərin hərəkəti zamanı yolun ortasına düşür. Hadisə zamanı ölən və yaralıların olması istisna deyil.Martın 1-nə keçən gecə Rusiya hərbçiləri yaşayış məntəqələrini intensiv atəşə tutmağa davam edib.Sosial şəbəkələrdə faciənin nəticələrini əks etdirən foto və videolar paylaşılıb .Kadrlar Xarkovun yaxınlığındakı Zalyutino qəsəbəsindəndir: Facebook-da paylaş