Xaricdə yaşayan 80 min ukraynalı vətənlərini qorumaq üçün geri qayıtdı

2-03-2022, 09:14           
Xaricdə yaşayan 80 min ukraynalı vətənlərini qorumaq üçün geri qayıtdı
Xaricdə işləyən və ya müvəqqəti yaşayan Ukrayna vətəndaşları onun suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün öz vətənlərinə qayıdırlar.

Bu barədə UNİAN xəbər verir. Məlumata görə, Rusiyanın hərbi müdaxiləsi başlayandan-24 fevraldan sonra ölkə xaricindən Ukraynaya qayıdan 80 min insanın böyük əksəriyyəti kişilərdir.

“Xaricdə işləyən və ya müvəqqəti yaşayan Ukrayna vətəndaşları onun suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün öz vətənlərinə qayıdırlar. Onlar Silahlı Qüvvələrin, digər hərbi birləşmələrin və Ərazi Müdafiə Qüvvələrinin sıralarına qoşulurlar”, - Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasında deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru