Kadırov onu Ukraynaya çağıran çeçenlərə CAVAB VERDİ

2-03-2022, 08:50           
Kadırov onu Ukraynaya çağıran çeçenlərə CAVAB VERDİ
Çeçenistan rəhbəri Ramzan Kadırov onu Ukraynaya döyüşə çağıran çeçen mücahidlərinə cavab verib.

Axar.az xəbər verir ki, Kadırov Teleqram kanalında yaydığı video-müraciətdə onları şeytan adlandırıb.

O bildirib ki, həmin şəxslər qorxularından Çeçenistandan qaçıb uzaqlarda gizləniblər, indi isə guya Ukraynaya kömək etmək istəyirlər.

O, həmin şəxslərin Çeçenistanda onun əlindən qaçdıqlarını xatırladıb və deyib ki, Çeçenistanda uğur qazanmadıqları kimi, Ukraynada da onları məğlubiyyət gözləyir.

“Yerinizi deyin, biz gəlib sizi taparıq və məhv edərik. Onsuz da sizi tezliklə tapacağıq. Sadəcə, qaçmayın, biz sizinlə məsələni birdəfəlik bitirmək istəyirik”, - o qeyd edib.

Xatırladaq ki, çeçen mücahidlər Ukraynada rus ordusuna qarşı döyüşməyə gələcəklərini bildirmiş və satqın saydıqları Ramzan Kadırovu Ukraynaya döyüşə çağırmışdılar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru