Kremlə yaxın olan məşhur ermənilərə də sanksiya tətbiq edilir: Həmin separatçıları siz də tanıyırsınız...
3-03-2022, 00:08
Xəbər verdiyimiz kimi Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tətbiq edəcəyi sanksiya paketində rusiyalı rəsmilərin və məşhurların adı yer alıb.
Adalet.az Sputnik.armenia-ya istinadən bildirir ki, Kremlin əsas təbliğatçıları olan ermənilərin də adı həmin sanksiya siyahısında yer alıb. Rusiyanın RT kanalının baş redaktoru qatı millətçi, separatçı fikirlərin daşıyıcısı Marqarita Simonyan, kinorejissor Tiqran Keosayan (M. Simonyanın əri –red-Ə.R.), Bakıda doğulmuş, məlum hadisələrdən sonra Moskvaya köçmüş və dəfələrlə qondarma “dqr”ə qanunsuz səfərlər edərək qanunlarımızı pozmuş jurnalist Roman Babayanın da adı siyahıda yer alıb.
Qeyd edək ki, 2018-ci ildə ABŞ Maliyyə Nazirliyi "Kreml hesabatı" adıyla xeyli sənədi Konqresə təqdim etmişdi. Rusiya rəsmilərinə və oliqarxiyasına sanksiyaları nəzərdə tutan bu sənədin əsas hissəsi məxfi saxlansa da, ictimaiyyət üçün açıqlanan hissəsində ABŞ hökuməti Putinin çevrəsi kimi kimləri cəzalandırmaq niyyətində olduğunu açıq şəkildə nümayiş etdirib. 210 nəfərin tam siyahısına hazırda yeni adlar əlavə edilməkdədir. Yeni adlar isə Rusiyanın müdafiə naziri Sergey Şoyqu, prezident administrasiyasının rəhbəri Anton Vayno, Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova və bir qrup hərbçidir.