Ukraynadan olan qaçqınların ilk qrupu Meksikaya gəlib

5-03-2022, 11:23           
Ukraynadan olan qaçqınların ilk qrupu Meksikaya gəlib
Ukraynadakı hərbi qarşıdurma nəticəsində qaçqın düşmüş 81 nəfərlik qrup Meksikaya gətirilib.

AZƏRTAC xəbər verir ki, bu, münaqişə zonasından qaçaraq Meksikaya çatdırılan ilk qrupdur. Meksika Hərbi Hava Qüvvələri 44 meksikalı, 28 ukraynalı, 7 ekvadorlu, 1 perulu və 1 avstraliyalının təxliyəsinə icazə verib. Təxliyə əməliyyatı Meksika Prezidenti Andres Manuel Lopes Obradorun göstərişi ilə humanitar uçuşla həyata keçirilib.

Meksikanın xarici işlər naziri Marselo Ebrard, lazım gələrsə, həm Latın Amerikası vətəndaşlarının, həm də ukraynalıların təxliyəsi üçün daha bir reys həyata keçiriləcəyini bildirib.

BMT-nin məlumatına görə, hərbi əməliyyatların başlanmasından cəmi bir həftə ərzində bir milyondan çox insan Ukraynanı tərk edib. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) xəbərdarlıq edir ki, yaxın günlərdə bu rəqəm 4 milyona çata bilər.

Nigar Cəfərli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru