Ruslar “Sky News”un jurnalistlərini aparan maşını atəşə tutdu - 4 yaralı

6-03-2022, 00:00           
Ruslar “Sky News”un jurnalistlərini aparan maşını atəşə tutdu -
Böyük Britanıyanın "Sky News" telekanalının baş müxbiri Stüart Ramsey və dörd həmkarı Ukraynada Rusiya hücumu zamanı yaralanıb.

Teref.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilib ki, Ramsey və məsləkdaşları bazar ertəsi başqa bir şəhərə gedişlərini təhlükəsiz olmadığı üçün təxirə salaraq, paytaxta dönməyə qərar veriblər. Yolda olarkən onların maşınlarına atəş açılıb.

Atəşə tutulan maşından çıxaraq bir fabrik binasında gizlənən komandanı Ukrayna polisi xilas edib.

Hadisə zamanı Ramsey belindən vurulub. Operator Riçi Moklerin bronjiletinə iki güllə dəyib.

Hücumu bir rus kəşfiyyat birliyi həyata keçirib.

Britaniyanın Baş naziri Boris Conson da Tvitter hesabında jurnalistlərin həqiqətləri işıqlandırmaq üçün həyatlarını riskə atdığını bildirib:

"Azad mətbuatı barbarlıq və zorakılıq aktları ilə qorxutmaq olmaz", - Conson qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.