PUTİNİN İŞĞALÇI ORDUSU İŞLƏK TEXNİKALARI, YANACAĞI QOYUB QAÇDI - Xarkov vilayətində rus karvanı pusquya salınıb / VİDEO

6-03-2022, 00:04           
PUTİNİN İŞĞALÇI ORDUSU İŞLƏK TEXNİKALARI, YANACAĞI QOYUB QAÇDI -
Putinin işğalçı ordusu Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələri qarşısında duruş gətirməyib, çox sayda hərbi texnikanı ataraq qaçıblar.

Qafqaz.media xəbər verir ki, 93-cü motoatıcı briqadanın hərbçiləri Xarkov vilayətində rus karvanını pusquya salıblar.

Döyüşçülər “Facebook”da yayılan videoda Xarkov vilayətində rus karvanını necə pusquya saldıqları və işğalçıların yeni, işlək texnika və yanacağı qoyaraq necə qaçdıqları haqda danışıblar.

"Rusiyanın simvolik 200-cü briqadası. Gəlib-getdilər. Bizim atəşə davam gətirməyərək, texnikalarını atıb qaçdılar” - əsgərlərdən biri bildirib.

Hərbçilər ələ keçirilən düşmən texnikasının üzərinə Ukrayna bayraqları sancıblar ki, yerli əhalini qorxutmasın.
Az əvvəl Nikolaev vilayəti dövlət administrasiyasının rəhbəri Vitali Kim Nikolayev yaxınlığında Rusiya təyyarəsinin vurulduğunu açıqlamışdı. Belə ki, o, iki video yayımlayıb, onlardan birində yanan təyyarə, ikincisində isə əsir düşən pilot göstərilir. Pilot Uzaq Şərqdən olduğunu, hərbi hissəsinin isə işğal altında olan Krımda yerləşdiyini bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.