Lerik qaz idarəsinin rəis müavini rayondan “deport” olunub: Maaşı isə aybaay ödənilir
5-02-2018, 01:31
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinə Lerikdən şikayət daxil olub. Şikayətdə Lənkəran Regional Qaz İstismari İdarəsində baş verən özbaşınalıqlardan bəhs olunur.
Cebhe.info xəbər verir ki, bu barədə Komitə rəhbəri Mirvari Qəhrəmanlı bildirib.
Onun sözlərinə görə, şikayətin araşdırılmasına ehtiyac var: Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisinin Lerik sahəsi üzrə müavini Əzizaga Şahpələngov 7 aydan artıqdir ki, işə cıxmır. Səbəb Lerik sahəsi üzrə qəbul olunan qazın satılan qazdan artıq olması olub. Əzizağa bəy yaranan itkinin izahatını Lerikdə fəaliyyət göstərən “Lerik Broyler”in sayğacsiz ogurluq qazdan istifadə etməsi kimi göstərib.
Məlumatda qeyd olunur ki, “Lerik Broyler”in sahiblərindən biri Məmmədov İqbal Nəriman oğlu (Əkbər Hacıyevin ən yaxın dostu) Əzizağa Şahpələngovun qohumudur. O, izahatın bu cur verilməsinə qəzəblənib və onu Lerikdən “deportasiya” edib. Amma Haci İqbal necə də olmasa qohumdur, qoy işləsin deyərək Əzizaga Şahpələngovu Lerikə getməmək şərti ilə işdə saxlanılması barədə Əkbər müəllimə göstəriş verib. Lerik sahəsinə rəis müavini vəzifəsinə isə (qeyri -qanuni olaraq heç bir əmr olmadan) məcburi qaydada Lənkəran Regional Qaz İstismarı İdarəsinin muhasibi Ülfət Bəbirov göndərilib.
İndi sual olunur ki, cənab Əkbər müəllim ! Əzizaga Şahpələngov əmək müqaviləsində qeyd olunan işə cıxmırsa, ona hansı əsasa görə 2450.00 AZN aylıq əmək haqqı, üstəlik 10 faiz yüksəklik pulu verilir , Lənkəran Regionunun mühasibini hansı əsasla Lerik sahəsində əmrsiz ona aylıq əmək haqqı 688.00 AZN verməklə islədirsiz? Hörmətli Azəriqaz rəhbərləri, Siz hansı əsasla dövlətin pulunu göyə sovurursunuz?”