Bakıda xəstə dövlət xəstəxanasında girov saxlanılır – “Məndən 500 manat rüşvət istəyirlər”

17-07-2018, 22:30           
Bakıda xəstə dövlət xəstəxanasında girov saxlanılır – “Məndən 500 manat rüşvət istəyirlər”
Bakıdakı akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində müalicə alan vətəndaşı pul vermədiyinə görə evə buraxmırlar.
PressClub.Az-ın məlumatına görə, xəstəxananın damar cərrahı Zöhrab Cəfərov hər hansı bir əməliyyat aparmadan, sadəcə resept yazaraq müalicə etdiyi Qazax rayon, Daş Salahlı kənd sakini Nəsibə Vəliyevadan 500 manat rüşvət tələb edir.


Nəsibə Vəliyevanın yaxınları iddia edirlər ki, xəstə damar tromblaşmasından əziyyət çəkir və adıçəkilən xəstəxanaya təyinatla gəlib. Xəstə bir həftədir ki, bu xəstəxanada yatır: “Həkim Zöhrab Cəfərov heç bir əməliyyat aparmayıb. Sadəcə, resept yazaraq müalicə edib. “Topçubaşov”un dövlət xəstəxanası olmasına rəğmən reseptə yazılan bütün dərmanlar xəstənin özü tərəfindən alınıb. Hazırda Nəsibə Vəliyeva xəstəxanadan çıxmaq istəyir. Amma həkim onun çıxmasını əngəlləyir. Bunun üçün pasientdən 500 manat rüşvət tələb edir və bu məbləği ödəməyəci halda onu xəstəxanadan buraxmayacağını bildirir.

Sosial şəraitinin və maddi vəziyyətinin ağır olduğunu deyən Nəsibə Vəliyeva həkimə 100 manat təklif etsə də, həkim bu məbləğlə razılaşmır. Məhz ona görə də, Cəfərova xəstəxanada qalıb, onu evinə buraxmırlar”.

Məsələ ilə bağlı həkimlə əlaqə saxladıq. Sualımızı tam dinləməyən Zöhrab Cəfərov telefonu söndürüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.