“Ovçular” MMC əhaliyə necə məhsul satır-ŞOK FAKTLAR
5-09-2018, 17:50
Azərbaycanda kolbasa və sosis çoх istehlak olunan məhsullardandır. Xüsusilə də ayaqüstü qəlyanaltı kimi bu ət məmulatları hər birimizin dadına çatır. Yaxşı bəs mədəmizə ötürdüyümüz kolbasa və sosislər nə dərəcədə keyfiyyətlidir.[/b]
Araşdırmalar göstərir ki, ətin bazar qiyməti ilə yerli istehsal olan kolbasa və sosisin qiyməti arasında böyük fərq var. Halbuki standartlara uyğun istehsal olunan kolbasa ətdən baha olmalıdır.
Son günlər Dövlət Baytarlıq Xidmətinin keçirdiyi reydlər nəticəsində məlum olub ki, at, eşşək və xəstə heyvan ətləri kolbasa və sosis istehsalında istifadə olunur. Analoji vəziyyətin “Ovçular” MMC-də də hökm sürdüyü deyilir. Media üzərindən aparılan araşdırmalar zamanı məlum oldu ki, kolbasa şirkətləri vətəndaşları hər addımbaşı aldadır və nəzarət ən aşağı səviyyədədir. Bu baxımdan “Ovçular” firmasının da adı etibarlı istehsalçılar arasında keçmir.
Xatırladaq ki, o zaman MMC Servelat halal”, “Ovçular halal”, “Həvəskar”, “Hinduşka” kolbasalarının və “Moloçniye” sosiskalarının gigiyenik sertifikat və müvafiq reseptura olmadan, “Ruskaya”, “Servelat”, “Moskovskiy servelat”, “Oxotniçaya”, “Lyubitelskaya”, “Doktorskaya”, “Halal bərəkət”, “Halal”, “Domaşniy”, “Halal ovçular” kolbasalarının isə gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal etməkdə, saxlama müddəti ötmüş Almaniya istehsalı olan “Sorbat R” adlı qılaftəmizləyicidən istifadə etməkdə ittiham olunurdu.Həmin ərəfədə “Ovçular ət və ət məhsulları” MMC-nin qapadılması gözlənilsə də bu baş vermədi.
Obyektiv.info-nun qida təhlükəsizliyi ilə bağlı araşdırmaları davam edir.. Növbəti ünvan "Ovçular ət və ət məhsulları” MMC-dir. Gəlin bu şirkət haqda mediada gedən xəbərlərə nəzər salaq.
2015-ci il. "halal” sözü yazılmış "Ovçular” kolbasasından donuz piyi çıxır.
2016-cı il. Bakıdakı mağazaların birində "Ovçular” şirkətinə aid iylənmiş, üfunət qoxulu kiflənmiş kolbasa aşkarlanır.
2016-cı il. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi aparılan yoxlama zamanı müəssisə tərəfindən istehsal olunan "Krakovskaya” yarımhisə verilmiş kolbasanın markalanmasının normativ sənədlərin tələblərinə cavab vermədiyini müəyyən edir.
Belə ki, məhsula dair müəyyən edilmiş qaydada təsdiq olunmuş resepturada donuz əti və piyindən istifadə olunması nəzərdə tutulduğu halda, faktiki olaraq məhsulun etiketinin üzərində bu barədə məlumat göstərilməyib.
Yoxlama zamanı məktubda qeyd etdiyiniz və komitəyə təqdim etdiyiniz məhsulun "Ovçular ət və ət məhsulları” MMC-nin "Halal” məhsulların istehsalı sexində istehsal olunmadığı müəyyən edilir.
Aşkar olunmuş nöqsanlarla bağlı "Ovçular ət və ət məhsulları” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228.0.3-cü maddəsinə əsasən inzibati xəta haqqında cərimə qərarı qəbul edilir.
2017-ci il. "Ovçular” saxlama müddəti ötmüş Almaniya istehsalı olan "Sorbat R” adlı qılaftəmizləyicidən istifadə etməkdə ittiham olunur.
2017-ci il. Bakı Şəhər Baytarlıq İdarəsinin və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi 1 ünvanında yerləşən Həsənov Fuad Alik oğluna məxsus kolbasa məhsullarının satışı anbarında yararlıq müddəti bitən, kiflənən və insan qidası üçün təhlükəli olan "Doktorskaya”, bişmiş, yarım hisə verilmiş "Krakovskaya” və ”Xlbmaya” kolbasaları, eləcə də "Ovcu” sosiska nümunələrinin olması müəyyən edilir.
Bütün bu statistik məlumatlara baxmayaraq, müəssisəyə məxsus kolbasalarda keyfiyyət dəyişikliyi hələ də baş verməyib.
Monitorinqlər göstərir ki, kolbasalar eyni keyfiyyətdə bu il də bazarda "at oynadırlar”.
Satıcılar da şikayət edirlər. Onların sözlərinə görə, "Ovçular ət və ət məhsulları”na məxsus kolbasa və sosislər tez yararsız hala düşürlər.
Çünki xammal kimi istifadə edilən ətin keyfiyyətində problem var. Ümumiyyətlə, kolbasa bazarında sözügedən şirkətin məhsullarına tələbat azdır.
Hazırda firmanın "Pəhriz”, "Həvəskar”, "Qovyajya” markalı kolbasaları satışda var. Ancaq keyfiyyət ildən-ilə dəyişmək bilmir.
Şirkətin harda yerləşməsi haqda video görüntülər da müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətinə şübhələr yaradır.
Yutubda yerləşdirilən görüntülərdən aydın olur ki, "NZS” qəsəbəsində, həyət evlərinin arasında məskunlaşan "Ovçular” göz önündən gizlənməyə çalışıb.
Ən nəhayət, bir müddət əvvəl şirkətin icraçı direktoru Nazim Kazımovun virtualaz.org-a bildirdiyinə görə, yerli mal-qara ətindən çox az istifadə edirlər. Onun sözlərinə görə, aldıqları ətin keyfiyyətindən əmindirdirlər:
"Biz xammalı daha çox Moldova, Ukrayna, Hindistan və Braziliyadan alırıq. Yerli ət istehsalından da istifadə edirik, amma bu çox nadir hallarda olur”.
Araşdırmamız davam edəcək.