Bir qazinin yuxusuna şəhid girirsə.....

26-03-2021, 15:54           
Bir qazinin yuxusuna şəhid girirsə.....
Allah bütün ŞƏHİDLƏRİMİZƏ rəhmət eləsin.
Bu gün yuxumda bir nəfər cavan oğlan mənə yaxınlaşdı və dedi:Əmi mən səni tanıyıram.Siz döyüşdən əvvəl bizə yardım gətirmişdiniz.Mən də əsgər idim.Siz bizə vətən üçün döyüşməkdən şərəfli heç nə olmadığını söyləmişdiniz.
Əmi mən sizinlə görüşdən sonra döyüşlərin birində ŞƏHİD oldum.Sizə yaxınlaşmaqda bir məqsədim var.
Mən 9 yaşında olarkən atamı itirdim.İki bacımla xəstə anamın himayəsində qaldıq.İndi bacımın birinin 7,o birinin isə 4 yaşı var.Anam onları xəstəliyi ilə əlaqədar aldığı pensiya ilə dolandırırdı.İndi də onun pensiyasını Sahil Babayev kəsib.Bacılarımın,anamın acınacaqlı vəziyyəti burda da məni rahat buraxmır.
Əmi həyatda bir gün görmədim.Bütün ölkələrdə uşaqlara böyüyənə qədər uşaq pulu verirlər.Bizi ondan məhrum etdilər.Dövlət bizə 18 yaşına qədər uşaq pulu vermədi.18 yaşımız olan kimi də biz kasıbları vətəni müdafiə etmək üçün əsgərliyə apardılar.Müharibə başladı.Mən də çətinliklə böyüyən,dövlətdən bir manat da müavinət almayan yetim oğlan vətənim üçün ŞƏHİD oldum.
Əmi səndən xahiş edirəm ki,Ali Baş Komandanım İlham Əliyevə biz ŞƏHİDLƏRİN salamlarını yetir və bizim adımızdan analarımızın əlillik pensiyalarının qaytarılmasını və bacılarımıza 18 yaşına kimi uşaq pulu verməsini xahiş edin.
Qəfildən qan tər içində yuxudan ayıldım.Düzü gördüyüm yuxu məni çox kövrəltmişdi.Dözə bilmədim və göz yaşlarıma da sahib ola bilmədim.
Odur ki,özümə borc bilib ŞƏHİDİMİZİN xahişini Ali Baş Komandana çatdırıram.
Cənab Ali Baş Komandan görün ŞƏHİDLƏR Sizi nə qədər çox sevirsə Sizdən tələb yox,xahiş edirlər.Xahiş edirlər ki,yolunu azmış nazirlərə öz yerlərini göstərin,xalqın qanunsuz kəsilən pensiyaların geri qaytarılnasına və 18 yaşına kimi uşaqlarımıza müavinət verilməsinə sərəncam verəsiniz.
Cənab Ali Baş Komandan mən özümə borc bilib onların xahişini Sizə çatdırdım.İndi növbə Sizindir!
P.S.Dəyərli xalqım.Elə bilməyin ki,bunu özümdən uydurdum.Əsla.Həqiqətən də yuxu idi.Amma yuxu da olsa əslində mənim içimdə olan fikirlərimlə üst-üstə düşür.
Odur ki,Sizdən və saytlardan xahiş edirəm ki,bu statusumu paylaşın ki,ictimailəşdirək və yuxumuzu gerçəyə çevirək.
Habil Şirinov
Ehtiyatda olan zabit.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.