Batin alimi yazır: Axirət dövründə namaz qılmaq mənasızdır!
29-12-2023, 09:38

İslamın vacib əməllərindən biri də namaz sayılır. Onun vacibliyinin əsas səbəbi bilavasitə cənnətlə bağlıdır. Batini mənada İslam rəmzi - "İsa-aləmi" fikrini ifadə edir və "ruh aləmi" deməkdir. Tövratda SLM rəmzi cənnətə aparan pilləkən anlamında qeyd olunur. Ümumiyyətlə bütün dinlərin mahiyyəti, insan öləndən sonra, ruhunun cənnətə düşməsinə inamdır. Bu cənnəti isə qədim Misir fironları öz nəsilləri üçün, yüz minlərlə qurban ruhlarından yaratmışlar. Misir mənbələrdə bu cənnət Osirisin ölüm şahlığı adlanır. Sufi məntiqində Misir rəmzi Üm-Əsər, yəni Azər, Osiris ümməti mənasındadır. Tövratda və Quranda ümmət (am/ümmə) sözü, özlərinin xüsusi sufi dili olan ilk insanlar - peyğəmbərlər anlamında qeyd olunur. Firon sözü isə Misir mətnlərində pirao, yəni pir kimi keçir. Başqa sözlə, qədim mənbələrdə Misir fironları dedikdə, özlərinin xüsusi sufi-batini məntiqi olan və ilk yaradılmış Azəri pirləri nəzərdə tutulur. Qədim İran mənbələrində bu pirlər - farnbaq, yəni firon-bəglər adlanır. Deməli, Misir fironları Azəri pir-bəgləri olmuşlar və mətnlərdə Misir Allahlarının vətəni kimi də İran dağları göstərilir.

Bəg rəmzi əksər dinlərdə müxtəlif variantlarda yazılsa da, Allah mənasını verir. Tövratda bu bəg - İlahla "güləşən" Yaqub obrazında qeyd olunur ki, bu güləşmədən sonra ona İsrail, yəni Asar-Eli, Azər-Eli adı verilmişdir. Bu o deməkdir ki, göydəki Asar, yəni Osiris cənnətini Azəri pir-bəgləri İlahdan yaratmışlar. Pir-bəglər öləndə, onların ruhları birbaşa bu cənnətin sorğu-sual zalına düşür və burada 42 hakim tərəfindən mühakimə olunduqdan sonra cənnətdə ikinci həyat qazanır.



Hesablamalara görə, yaradılışından 5514 il sonra, göydə yaranmış cənnət ilkin materiyada "əriyib" yox olur. Azəri pir-bəglərinin yaratdığı bu ruhlar dünyasının məhv olması qədim mənbələrdə "dünyanın sonu", axirət adlanır.
Axirət dövründə, yəni göydəki cənnət məhvindən sonra ölən Azəri müqəddəslərinin ruhları, Allah dağının altındakı mağaraya sığınırlar. Bu dövrdə buraya sığınmış ruhların vəziyyəti "koma" vəziyyəti kimi qiymətləndirilir. Axirətdə, bu mağaranın qapısı açıldıqdan sonra, buradakı İlahi Azər odundan göydə ikinci ruhlar dünyası, cənnət yaranacaq və ruhlar dirilib, yeni cənnətə keçəcəklər.

Bütün bunlar o deməkdir ki, axirət dövründə, yəni yaşadığımız bu günlərdə namaz qılmağın heç bir mənası yoxdur. Çünki, göydəki cənnət artıq məhv olmuşdur və adi insanların ruhlarını cənnət qapısına aparan sistem yenidən xaosa, yəni əvvəlki təbii vəziyyətinə qayıtmışdır. Yalnız Babil qapısı açılandan və Allah insanlarla yeni müqavilə bağladıqdan sonra, ölən möminlərin ruhları, İsa peyğəmbərin yeni cənnətinə düşə biləcəklər.
Firudin Gilar Bəg
29.12.2023