Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi

22-04-2024, 00:04           
Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
Tovuz rayon sakini Hüseynova Lətifə Tapdıq qızı dövlət başçısına müraciət edib.
NUH.az-a daxil olan müraciəti olduğu kimi dərc edirik.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,

Surəti: Baş prokuror cənab Kamran Əliyevə,

Surəti: Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinin rəisi cənab Nazim Rəcəbova.

Bildirirəm ki, məhkəmənin qərarl ilə vəkillikdən qovulmuş Sevil Hacıyeva ailəmizə qarşı ağır cinayət törətməsinə baxmayaraq Baş prokurorluq tərəfindən müdafiə olunur. Onun barəsində cinayət işi açılsa da, sonradan məlum səbəbdən cinayət işinə xitam verilmişdir.

Sevil Hacıyeva vəkil işlədiyi dövrdə bizə 700 ( yeddi yüz ) min manata kimi ziyan vurmuşdur.

Sevil Hacıyeva bacısı qızı Teymurova Seva İkram qızını bizə Apelyasiya Məhkəməsi sədrinin köməkçisi kimi təqdim edərək bizdən oğlumu həbsdən azad etmək üçün külli miqdarda pul almışdır.

Bundan əlavə həyat yoldaşım, sahibkar Hüseynov İsmayıl Qara oğlunun təqaüdünü də Sevil Hacıyeva Seva Teymurovanın adına kəsdirib alır .

Lakin belə qatı cinayətkar himayədarlarının hesabına azadlıqdadır və bizə dəyən ziyanı ödəmir.

Ziyanımızı ödəyəcəyinə söz verib bizi aldatsa da, nə ziyanımızı ödəyir, nə də cinayət məsuliyyətinə cəlb olunmur.

Cənablar !

Sizdən artıq dərəcədə xahiş edirəm, bu məsələni ciddi nəzarətə götürəsiniz. Və ədalətli həll olunması üçün bizim ailəyə kömək edəsiniz.

Hörmətlə, Lətifə Hüseynova.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.