Hüquqi nonsens:Aşağı instansiya məhkəmə yuxarı instansiya məhkəmənin qərarını ləğv edir-

10-09-2016, 19:28           

MƏHKƏMƏ MƏHKƏMƏ TƏMİNATI HÜQUQUNA QADAĞA QOYUR
Konstitusiyanın 60-cı maddəsi əsas insan və vətəndaş hüquq və azadlıqlarından olan məhkəmə təminatı hüququnu təsbit etsə də,bu hüquqa elə məhkəmə özü qadağa qoyur.Özü də icra orqanlarının göstərişilə.Fikir verin,tələbkar borclu Dövlət Sığorta Kommersiya Şirkətinin borcunu illərdir icra etməməsindən yana Binəqədi məhkəməsinə tədbir görülməməsi barədə ərizə verir,məhkəmə (hakim Abbas Rzayev) tələbkarı məhkəməni "yükləməkdə" suçlayır.Maraqlıdır,məhkəmənin işi bəs nədir?
Nərimanov məhkəməsinin Səbaildən transfer olunan hakimi Kəmalə Əmirxanova Səbail RİH-in hazırda Nəsimi RİH-ə transfer oluna hüquq şöbəsinin müdiri Hafiz Aberkarovun özünün tərtib edib,məhkəməyə təqdim etdiyi saxta çıxarışın etibarsız sayılması barədə ərizəyə 4 yol (???) özü baxaraq iclassız,katibsiz,protokolsuz, təbii tərəflərsiz akt qəbul edərək,geri qaytarıb.Özbaşınalığın dərəcəsinə baxın,K.Əmirxanova Bakı Apellyasiya Məhkəməsinin (Bakı AM) ləğv etdiyi qərardadına da özü baxıb və yuxarı instansiyanın göstərişləri aşağı instansiyaya məcburi olduğu halda,aşağı instansiya yuxarı instansiyanın qərarını ləğv edib.Bu ləğvetmə qərardadından verilən şikayəti bu yol yuxarı instansiya -Bakı AM (sədrlik edən Raqib Qurbanov) qanuni sayıb ki,"hakim Kəmalə Əmirxanova məhkəmədə iclas zalı və katib tapmadığından,protokolu özü tərtib edib".Məhkəmə Hüquq Şurası (MHŞ),Ombudsman və b. bu "siçanın pişikdən pasport tələb etməsi" özbaşınalığına qiymət verməkdən imtina edib ki,məhkəmənin üşinə qarışa bilməzlər.Maraqldır ,bəs bu qurumlar nədən yanadır və niyə büdcədən maliyyələşməlidir? Ombudsman Apartaına və MHŞ-ya qarşı iddialarla bağlı bəs məhkəmələrə iddiaları it-bata salmağa niyə göstəriş verilir?Elə həmin Kəmalə Əmirxanova Ombudsman Aparatına qarşı iddianı geri qaytarıb ki,Ombudsman inzibati orqandır(??). 4-cü ildir verilən apellyasiya şikayətini isə Səbail məhkəməsi Bakı AM-ə göndərməyib.Daha doğrusu,Ombudsman şikayəti it-bata saldırıb.
Nəsimi məhkəməsinin hakimi Emin Mehdiyev ƏMDK yanındaDaşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinini ( DƏDRX) Kərimov Rüfət Rauf oğluna verdiyi iddia edilən çıxarışın saxta və etibarsız sayılması,saxtalıqda əli olan şəxslərin prokurorluğa verilməsi barədə iddiaya 5 aydır süründürməçiliklə baxmır.Cavabdehin məcburi gətirilməsi,Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə (ƏN MEM) çıxarışın saxta olub-olmaması üçün rəyə göndərilməsi vəsatətlərinə baxmaqdan imtina edən hakim öz təşəbbüsü ilə maraqlı şəxsə- ƏMDK yanında DƏDRX-ya rəyə göndərmək barədə qərar qəbul edib.(??) Hakimə edilən etiraza da bu günədək cavab yoxdur.MHŞ-ya edilən şikayətlərə cavab olaraq Emin Mehdiyev köhnə tarixə qərardad qəbul edərək,vəsatəti rədd edib ki,ƏN MEM-ə saxta olub-olmaması üçün rəyə göndərilməsini vəsatəti verən sübut edə bilməyib!?(???)Bəyəm vəsatəti sübut etmək gərəkir?Hakim qıraqdan göstərişlə işə baxılmasını süründürməçiliyin qurbanı edib və sonda baxılmamış saxlayıb ki,tərəflər gəlməyib.Özbaşınalğa baxın,27.07.2016 tarixli iclasa bildirişi iddiaçıya onun vaxtından bir həftə sonra (poçt bildirişi bunu təsdiq edir) verən məhkəmə 5 aylıq süründürməçiliyi sifarişli sonluqla-işə baxmaqdan imtina ilə yekunlaşdırıb.
Məhkəmə Konstitusiyaya,məhkəməyə müraciət etmək hüququna dələduzluqla qadağa qoyacaqsa,hansı hüquqdan,azadlıqdan danışmaq olar?
Məğrur Bədəlsoy
P.S.Yazıda adı çəkilən Hafiz Aberkarov və Rüfət Kərimovun atası Kərimov Rauf Faiq oğlunun (hazırda həbsdədir) adı "MTN işi"ndə hllanır.Hafiz Aberkarovun-icra hakimiyyətinin hüquq şöbəsini müdirinin Akif Çovdarovun üzünə"zərərçəkən" qismində durması da faktdır.O da faktdır ki,Hafiz Aberkarov Kərimovların adına saxta şirkət və çıxarış alıb.
Adları çəkilən şəxslərlə əlaqə saxlamaq istəsək də buna nail ola bilmədik.
teref.az olaraq adları çəkilən hər bir şəzsin fikirlərini dinləyib, səhifəmizdə yayımlamağa hazırıq!












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.