“İnstagram”da “Nadooo_007” nikli məmur kimdir? - FOTO

14-09-2016, 09:15           
“İnstagram”da “Nadooo_007” nikli məmur kimdir? - FOTO
Məmur övladlarının “İnstagram” sərgüzəştləri,müxtəlif əyləncə mərkəzlərində və xarici ölkələrdə çəkdirdikləri şəkillər barədə mətbuat çox yazıb. Sentyabrın 8-də Legion.az saytına belə şəxslərdən biri ilə bağlı maraqlı bir material daxil olub. Uzun illər dövlət işində çalışan bir məmurun oğlu, hansı ki, bu gün özü də məmurdur, özünün Nadooo_007 instagram səhifəsində gülməli, maraqlı videolar və fotolar paylaşıb. Əlbəttə ki, biz kiminsə sosial şəbəkələrdə nəsə paylaşmağının əleyhinə deyilik, ancaq bu şəxsin atası uzun illərdir dövlət müəssisələrinin birində rəis vəzifəsində işləyir.

Məsələn, vaxtı ilə 1994-cü ilin sonunda Bakı Metropoliteni kimi böyük idarədə işləyirdi, sonradan Tağı Əhmədovla problemi yaranır, oradan qaçaraq digər təşkilata transfer olunur və həmin təşkilatda düz 21 ildən çoxdur rəis vəzifəsində çalışır. Bir müddət İsa Nəcəfov Baş prokurorun müavini olanda bu şəxs deyirdi ki, mən İsa Nəcəfovla yaxın qohumam. Sonra Eldar Mahmudov MTN başçısı olan kimi, bu şəxs başladı deməyə ki, guya o Eldar Mahmudovun yeznəsidir. O sadaladığı şəxslər tutduqları vəzifədən azad olunsalar da, bu şəxs bu günləri də rəis vəzifəsində çalışır. Oxucuda sual doğura bilər ki, axı burda nə var ki, bunu hələ ictimailəşdirirsiniz.

Ancaq əziz oxcunun diqqətinə çatdırmaq istəyirik ki, 21 ildən artıq rəis işləyən atanın oğlu, hansıki instagram səhifəsində Nadooo_007 adı ilə çox gülməli, maraqlı fotolar və videolar paylaşıb... bu gün özü də rəis vəzifəsində çalışır və o rəis vəzifəsinə təxminən iki ay bundan əvvəl təyin olunub. Apardığımız araşdırmalar nəticəsində öyrəndik ki, Nadooo_007 profilinin sahibinin tutduğu rəis vəzifəsi çox məsuliyyət tələb edən bir vəzifədir. Ancaq buna baxmayaraq onun “İnstagram” sosial şəbəkəsində Nadooo_007 profilindən paylaşdığı videolar və fotolara baxanda insan təəcüblənir ki, görəsən onu bu vəzifəyə təyin etməzdən əvvəl, ona bu vəzifəyə təyin olunmaq üçün nazirliyə təqdimat yazan vəzifəli şəxslər onun “İnstagram” profilində paylaşdıqlarından xəbərdardırlar? Yoxsa ki, onu tövsiyə edən şəxslər hansısa maraq naminə və yaxud da Nadooo_007-nin atası ilə yaxın münasibətdə olduğu üçün bu addımı atıb?

Çox güman ki, bizim bu yazımızdan sonra Nadooo_007-nin ən birinci addımı tez bir zamanda “İnstagram” profilini bağlamaq olacaq. Ancaq bu məlumatı araşdıran jurnalist, peşəkar olduğunu nəzərə alaraq Nadooo_007-nin “İnstagram” səhifəsindən bütün video və fotoları götürüb ki, həmin faktların əsasında öz yazısını oxucularına təqdim etsin.

Yazı çapa gedərkən, legion.az saytının redaksiyasına maraqlı bir fakt daxil oldu. Məlumatda bildirilir ki, “İnstagram”da Nadooo_007 kimi özünə profil açan rəis, hətta öz adına 300 min manat qiymətində “Gelandewagen” avtomobili də alıb. Görəsən bu rəisdə özünə və yaxud da rəis atasına güvən haradan qaynaqlanır?! Atasının İsa Nəcəfovla, və yaxud Eldar Mahmudovla qohum olduğundan, eləcə də onun adı və tutduğu vəzifə barədə bu və digər maraqlı məlumatlara gələn yazılarmızda geniş yer ayıracağıq.
Araşdırmamız davam edir

Bizi izləyin













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.