Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərovdur deyəsən - İDDİA

15-09-2016, 13:23           
Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərovdur deyəsən - İDDİA
Artıq uzun müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda Masallı Rayon Təhsil Şöbəsinin yarıtmaz fəaliyyəti barədə açıqlamalar yer almaqdadır. Həmin məlumatlar əsasında bundan əvvəl dərc etdiyimiz yazılarda da biz qeyd etmişdik ki, redaksiyamıza müraciət edən Masallı sakinləri rayonun təhsil sistemində dərin kök salmış korrupsiya hallarından narazılıqlarını ifadə edirlər. Aldığımız məlumatlarda isə iddia olunur ki, Masallı RTŞ-nin müdiri Tariyel Əkbərov tərəfindən hər ay məktəb direktorlarının və müəllimlərin aylıq əmək haqqlarına əl qoyulması, rayonda fəaliyyət göstərən məktəblərin işinə yersiz müdaxilələr edilməsi bir çox xoşagəlməz nəticələrə səbəb olur. Həmçinin bizimdovr.az-a təqdim olunan açıqlamalarda Tariyel Əkbərovun hələ ötən tədris ilinin sonlarına yaxın, Masallı məktəblərində müqavilə üzrə işləyən müəllimlərə qarşı irəli sürdüyü ultimatumdan bəhs edilirdi. Bu xüsusda aldığımız açıqlamalarda qeyd olunmuşdu ki, RTŞ-nin rəhbərliyi əmək müqavilələrini yeniləmək niyyətində olan müəllimlərdən 1000-2000 manat arası (tədris etdikləri dərs saatlarının sayına müvafiq olaraq) ödəniş etmələtini tələb edib. Bundan başqa, təqaüd yaşına çatmış müəllimlərin və məktəb direktorlarının da diqqətinə çatdırılıb ki, onlar hər növbəti bir il üçün 1000 manat ödəməklə əmək fəaliyyətlərinin müddətini uzada bilərlər. Və nəhayət, daha bir yenilik də yalnız direktorlar üçün tətbiq olunub. Belə ki, bundan sonra hər bir məkəb direktoru hər ay RTŞ müdirinə əlavə olaraq 100 (yüz) manat məbləğində aylıq haqq ödəməlidir ki, bu ödənişlərin də Tariyel Əkbərovun katibəsi Pəri xanım tərəfindən yığılacağı elan edilib.

Daha sonra aldığımız açıqlamalarda Tariyel Əkbərovun dövlət vəsaitlərinin mənimsənilməsi xüsusunda bir sıra maxinasiyalara yol verdiyi vurğulanırdı. Həm də qeyd olunursu ki, bu maxinasiyalar eynilə RTŞ-nin keçmiş müdirinin tərtib etdiyi sxrmlər üzrə həyata keçirilir. Məsələn, iddia olunur ki, bu gün Tariyel Əkbərov müxtəlif şəxslərdən rüşvət alaraq, onları yeni açdığı ştatlar üzrə məktəblərə işə qəbul etdirir. Həmçinin RTŞ müdirinin əsas gəlir qaynaqlarından biri də rayon məktəblərinin yay tətili dövründə aparılan təmir işləri ilə bağlı həyata keçirilən maxinasiyalardır. Məlumatlarda qeyd olunur ki, bu məqsədlə keçirilən tenderlərdə hər dəfə Tariyel Əkbərova yaxın şəxslərin nəzarətində olan şirkətlət qalib çıxırlar. Bundan sonra isə, ayrılan vəsaitlər həmin şirkətlərin bank hesablarına köçürülür və nağdlaşdırılaraq mənimsənilir. Təbii ki, bu zaman görülən işlərin smeta qiymətləri bir neçə dəfə şişirdilir. Heç bir maddi-texniki bazaya malik olmayan bu şirkətlərin isə, təmir işlərinə ümumiyyətlə aidiyyəti olmur. Bundan başqa, aldığımız məlumatlara görə, hazırda Masallının xüsusilə kənd orta məktəbində “ölü canlar” təcrübəsi də geniş tətbiq olunur.

Dünən redaksiyamıza daxil olmuş növbəti məlumatda isə, Masallı məktəblərində növbəti dərs ilinin başlanmasının da “yaddaqalan” olacağı bildirilir. Mənbənin deməyinə görə, bunun üçün Tariyel Əkbərov xüsusi tədbir nəzərdə tutmuşdur. Açıqlamada deyilir ki, Rayon Təhsil Şöbəsinin müdiri yeni tədris ilinin sadəcə başlanğıcının yaddaqalan olması üçün deyil, həmçinin bütün ilin də “bərəkətli” olması üçün xüsusi “siftə” planı işləyib hazırlamışdır. Bu plana görə, Masallıda çalışan hər bir məktəb direktoru yeni dərs ili münasibətilə Tariyel Əkbərova 50 manat pul verməlidir. Əlbəttə ki, bu xırda məbləğ sırf simvolik xarakter daşıyır və yalnız bundan sonra, yəni bütün tədris ili ərzində həyata keçiriləcək müxtəlif yığımlara artıq start verildiyi barədə xəbərdarlıq siqnalı kimi qəbul olunur...dia.az

Qarşı tərəfin də mövqeini işıqlandırmağa hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.