Nazirlər Kabinetində Şahin Mustafayevə sayğısızlıq

17-09-2016, 00:16           
Nazirlər Kabinetində Şahin Mustafayevə sayğısızlıq
Baş nazir Artur Rasizadə iqtisadiyyat naziri Şahin Mustafayevi saymır. Cumhuriyyet.az xəbər verir ki, Nazirlər Kabinetinin rəsmi saytında hələ də Ş.Mustafayevin vəzifəsi düzgün təqdim olunmayıb. Prezidentin 15 yanvar 2016-ci il tarixli sərəncamı ilə İqtisadiyyat və Sənaye Nazirliyinin adı dəyişdirilib. İqtisadiyyat Nazirliyi adlandırılıb. Sərəncamdandüz 8 aykeçib.
Ancaq hələ də Nazirlər Kabinetinin rəsmi saytında Şahin Mustafayev iqtisadiyyat və sənaye naziri kimi göstərilir. NK-nin rəsmi saytına daxil olmaqla bunu görmək olar. Bütün nazirlərin və komitə sədrlərinin vəzifələri düzgün təqdim olunub, Ş.Mustafayev istisna. İqtisadçı ekspert Qadir İbrahimlinin sözlərinə görə, Nazirlər Kabineti heç öz saytını düz-əməlli idarə edə bimir, biz də deyirik üzən manatı idarə etsin.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.