Başçı xanım müavindən xilas yolun tapdı - Masallıda

19-09-2016, 14:39           
Başçı xanım müavindən xilas yolun tapdı - Masallıda
Masallının icra başçısı xanım müavinindən qurtulmağın yolunu tapıb.


Bu barədə AzMedia.infoya-ya verilən məlumata görə, Rafil Hüseynov ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülşən Xəlilovanı rayondakı ASAN xidmətə şöbə müdiri təyin etdirmək istəyir.

G.Xəlilovanın əlindən dad edən R.Hüseynov bu yolla canını qurtarmağa çalışır. Ancaq başçı müavini RİH-dəki postunu tərk etmək arzusunda deyil. İcra başçısı onun əlindən zara gəldiyini əsas gətirərək ASAN xidmətdə vəzifə axtarışına çıxıb.

Buna səbəb kimi G.Xəlilovanın R.Hüseynovu şantaj etməsi götərilir. Mediada gedən xəbərlərdə iddia olunur ki, tərəflər arasında isti münasibətlər var.

Onların əlaqələrinin hansı məcarda inkişa etdiyi haqda mətbuatda geniş yazılar dərc olunub və təfsilatı təkrarlamağa ehtiyac qalmır. Bu da sonradan icra başçısına ciddi problem yaradıb.

Məlumata görə G.Xəlilova R.Hüseynova şikayətlənib ki, onun səlahiyyətlərini başqasına həvalə edib və faktiki kənarda saxlanaraq təcrid olunub. İcra başçısı isə onu səriştəsiz, bacarıqsız və qeyri-peşəkar bir kadr olduğunu bildiyinə görə bir yolluq xilas olmağa can atır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.