Müşfiqabad dini icması rəhbərinin adı 40 min dollarlıq dana oğurluğunda hallanır - İTTİHAM VAR

21-09-2016, 14:37           
Müşfiqabad dini icması rəhbərinin adı 40 min dollarlıq dana oğurluğunda hallanır - İTTİHAM VAR
Müşfiqabad qəsəbə məscidi dini icmasının sədri İlşad Süleymanovun dələduzluq fəaliyyəti ilə bağlı Savash.org-un redaksiyasına şok doğura biləcək informasiyalar daxil olub.

Saytımızın elektron ünvanına yazan şikayətçi iddia edir ki, icma sədrinin adı statusuna yaraşmayan olaylarla yanaşı çəkilir. Belə ki, İlşad Əliyev vətəndaşın etibarından sui-istifadə edərək onun nə az, nə çox – düz 40 min manat pulunu "atıb”.

Onun sözlərinə görə, İ. Süleymanov bir dini quruma sədrlik etsə də, onda dindən , imandan əsər-əlamət yoxdur: " Bu adam insanlarla ünsiyyət, təmas quranda Allahın adını bir anlıq da olsun dilindən düşürmür. Özü haqda imanlı, mərhəmətli bir insan, mələk obrazı yaradır və bu yolla insanları özünə inandırır. Amma elə ki, insanları toruna salır din, iman, Allah, Peyğmbər tanımır”.

Baş vermiş olayın təfərrüatlarını redaksiyamıza daxil olmuş şikayət məktubunda belə təsvir olunub: "Bir müddət öncə məni inandırmağa çalışdı ki, Dövlət Gömrük Komitəsində və keçmiş Milli Təhlüksəzlik Nazirliyində tanışlarım var və onların əli ilə ölkəyə Ukraynadan dana, öküz gətirə bilərəm. Bildirdi ki, Ukranayadan cins mallar gətirmək istəyirsənsə, onun gömrük problemlərini həll edərəm. İstədiyi isə qazancdan müəyyən faizin ona verilməsi idi. Mən isə bu işə tək girmək istəmədiyimdən ona şəriklik təklif etdim, razılaşdı. İlkin olaraq hərəmiz 40 min dollar pul qoyduq və həmin 80 min dolları Ukraynaya göndərib, oradakı adamlarının köməkliyi ilə bir neçə maşın öküz gətirdik. Azərbaycanda həmin öküzləri fermerlərə satdıq, müəyyən məbləğ gəlir əldə edib, aramızda böldük”.

Problem isə şəriklərin ikinci biznes cəhdində yaranıb: "Sonra məndən yenə də 40 min dollar istədi ki, danışmışam, adamlarım Ukraynada yenə cins mallar yığıblar. Mən də ona etimad göstərib 40 min dolları verdim. Amma bu 40 minə nə cins öküz gəldi, nə də pul geri qayıtdı. Hər gün bir bəhanə ilə məni aldadır. Hər dəfə pulumu tələb edəndə "narahat olma gətirdəcəm” deyib vaxtı uzadır. Hadisənin üstündən təxminən 1 il keçsə də, nə dana var, nə də 40 min dollarım. Ailəsinə də dəfələrlə demişəm, amma nə xeyri var. Bu adam dini quruma sədrlik etsə də, ən böyük fırıldaqçılıqla və dana alveri ilə məşğuldur”.

Şikayətçi Savash.org-a göndərdiyi şikayətində bunun İ.Süleymanovun birinci dələduzluğu olmadığına da diqqət çəkib: "Məndən əvvəl də bir neçə sahibkarın başına oyun açıb. Onları da şirin dilə tutaraq, mənim günümə salıb. Yəni birinci dəfə malı gətirsə də, növbədti dəfə pulu götürüb aradan çıxıb”.

Şikayətçi vurğulayıb ki, İ.Süleymanovu məhkəməyə verməyə də cürət etmir: "Onu məhkəməyə verməyə də çəkinirəm. Məni şantaj edir ki, məsələ böyüsə, sənin üçün heç nə yaxşı olmayacaq. Deyir ki, arxamdakı adamıma deyərəm, səni gecə ilə aradan çıxarar. Açıq şəkildə bəyan edir ki, get məhkəməyə ver, onsuz da məhkəmə mənim xeyrimə qərar çıxaracaq. Mən də ehtiyatlanıram ki, bəlkə də doğru deyir. Ondan hər şey gözləmək olar. Çünki o çalışdığı qurumun statusunu nəzərə almadan dana alveri və fırıldaqçılqla məşğul olursa, insanların pulunu "atıb” yeyə bilirsə, deməli bu adam çox təhükəlidir”.

Məktub müəllifi onu da əlavə edib, ki, İ. Süleymanov onun pulu qaytarmasa, bütün təhdidlərə baxmayaraq ölkə başçısına və ölkənin birinci xanımı Mehriban Əliyevaya məktubla müraciət edəcək : « Bu adamın hansı işlərlə məşğul olduğunu ölkə başçısının diqqətinə çatdıracam. İnanıram ki, ölkə başçısı onun layiqli cəzasını verəcək ».












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.