Etibar Pirverdiyevin mediaya ayırdığı “qrant”ın sirri: ASC SƏDRİNİN MÜƏMMALI ADDIMINA EKSPERT RƏYİ...

23-09-2016, 08:56           
Etibar Pirverdiyevin mediaya ayırdığı “qrant”ın sirri: ASC SƏDRİNİN MÜƏMMALI ADDIMINA EKSPERT RƏYİ...
Bu günlərdə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu müştərək olaraq jurnalistlər arasında yazı müsabiqəsi elan ediblər. Hər zaman mediaya qapalı olan, mediada davalı olaraq tənqid olunan “Azərişıq” ASC-nin bu addımı təqdirəlayiq olsa da kifayət qədər şübhəli görünür.

Görünür, adıçəkilən qurumun rəhbəri Etibar Pirverdiyev düşünür ki, tərəfli qəzetlərin və ya jurnalistlərin köməkliyi ilə özünü təriflədib, itirilmiş nüfuzunu bərpa edə biləcək. Yox, əgər məqsəd bu deyilsə, sual olunur ki, bütün qurumlarda birləşdirmələrin və ya ixtisarların getdiyi bir dönəmdə,işçilərin əmək haqlarının kəskin şəkildə azaldığı bir vaxtda nədən E.Pirverdiyev təxminən 4-5 min manatından keçərək müsabiqə elan edib? Onu qorxuya salan nədir? Əlbəttə, E.Pirvediyevi təlaşa salan son zamanlar onun yarıtmaz fəaliyyəti ilə bağlı mediada silsilə yazıların dərc olunmasıdır. Məsələn, E.Pirverdiyev “Azərenerji” ASC-nin rəhbəri olan dövrlərdə Hesablama Palatası bu qurumdan ciddi maliyyə pozuntuları aşkarlamışdı. Həmin məlumat ölkə mətbuatında geniş şəkildə işıqlandırılsa da, E.Pirverdiyevə "gözün üstə qaşın var" deyən olmadı.

Bu qurumun yol verdiyi korrupsiya və rüşvətxorluq hallarından danışan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Savash.orga-a söyləyib ki, E. Pirverdiyevin qanunsuz əməllərlə məşğul olması yeni məsələ deyil: "Demək olar ki, əksər komitə sədri və və nazir korrupsiya ilə məşğuldur. Azərbaycanda idaretmənin keyfiyyəti aşağı olduğuna görə, qurumlar qanunsuzluq, özbaşınalıq və korrupsiya hallarına yol verirlər. Həm də onlar şəxsi münasibətlər, qohumluq və dostluq əsasında vəzifəyə gətirilmiş adamlardır. Bu səbəbdən E. Pirverdiyev kimi vəzifəsindən sui istifadə edib, büdcəyə ziyan vururlar."

Müsahibiimiz əleyhinə bu qədər faktların olmasına rəğmən komitə sədrləri və nazirlərin kreslolarını qoruya bilməsinin köklərinə də toxunub: "Etibar Pivediyevin xalq qarşısında hansı xidmətləri olub? Eyni zamanda nəqliyyat naziri Ziya Məmmədovun maxinasiyalardan başqa nə xidmətləri olub? Onun rəhbərlik etdiyi qurumda da eyni faktlar və mənimsəmələr mövcuddur. Amma hələ də işləyir. Azərbaycanda xəstə insanlar mülaicə üçün pul tapmır.Sosial şəraitin ağırlığı üzündən gənclər ailə qura bilmir. Hər il min ailə evsizlikdən dağılır. Amma nazirlərin uşaqları Londonda bir qapçı kimi saxladığı adama 25- 30 min pul verir. Bunların hamısı mətbuatda yazılır. Belə nazirlərlə bağlı tədbirlər görülməldir".

Müsahibimizin fikrincə, ölkəmizdə E.Pirverdiyev və qanunsuzluğa yol verən digər məmurların üzərində ictimai nəzarət olmalıdır: "Nazirlərin və komitə sədrləri özlərini toxunulmaz şəxs hesab edirlər. Buna son qoyulmalıdır. Çıxın, şəhərə villalara baxın. Əksəriyyəti Etibar Pirverdiyev kimi məmurlara məxsusdur. Həmin məmurlardan soruşulmalıdır ki, bu pulları haradan almısan?".
teref.az olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.