“Almalı” marketlərinin yaranma və dağılma sirləri!!!!- ŞOK İDDİA

23-09-2016, 14:02           

teref.az-nun elektron poçtuna gələn bu araşdırma ilə sizi tanış edirik,
Hörmətli Redaksiya!!!

“Almalı” marketlərinin yaranma və dağılma sirləri!!!!

Yagin ki, Azərbaycanda hər kəs “Almalı” marketlərini xatırlayır. Döğurdanda müstəqil Azərbaycanda ilk dəfə idir ki, möhtəşəm və iri marketlər şəbəkəsi yaradılmışdır. Muasir dövrün tələblərinə cavab verən bu markətlər əhalinin maraqlarını üstün tutaraq həm qiymət siyasətində həmdə çeşid müxtəlifliyində ticarət obyektləri arasında 1 nömrəyə çevrilmişdir.

Qisa zaman kəsiyində “Almalı” marketləri topdan satış mərkəzlərinin, iri və orta sahibkarların “qibləgahına” çevrilmişdir. “Almalı” marketlər şəbəkəsi ilə əməkdaşlıq etmək üçün sahibkarlar ən yüksək səviyyədə tapşırıqlar, tanışlıq və ən başlıcası “”Almalı”” rəhbərliyini müxtəlif yollarla maraqlandırdıqdan sonra həyata keçırə bilərdilər.

Qısa zamanda Respublikanın ən iri şəhərlərində açılan gegemon günlərin bir günüdə yarandığı kimi də qeyb oldu!!! Nədən belə oldu? Nədən bu qədər işçi işsiz qaldı? Bu qədər avadanlıq yiyəsiz qaldı? Nədən “Almalı” ilə əməkdaşlıq edən sahibkarlar ziyan çəkdi. Cavabı dərin araşdırmadan sonra bəlli oldu!!! Əlbətdə çoxları bunu bilib şok olacaq. Çünkü muasir Azərbaycanda bunu etmək çətin olardı. Yəgin çoxları Azərbaycanın keçid dövrünə təsadüf edən “Vahid” Bank fırıldağını xatırlayır. O dövrdə əhalini aldadaraq varını yoxunu əlindən alan “Vahid” Bankı. Sual yaranır fırildaq üzərində qurulan “Vahid” Bankla “Almalı” marketlərinin nə əlaqəsi?!

Araşdırmanın nəticəsi haqda Arayış!!!!

2006- cı ildə “Almalı” marketlərinin yaranması başlanmışdır. Yaranma dövründə əhali arasında marketlər şəbəkəsini hakim ailənin ayrı-ayrı üzvlərinin və yaxud “Krokus” şirkətinin rəhbəri cənab A.Aqalarovun adıynan bağlayırdılar. Araşdırmalardan aydın oldu ki, bu şayələrdə məqsədli olub!!! “Almalı” marketlərinin yaranmasının müəllifi Azərbaycan Beynəlxalq Bankın keçmiş sədri Fuad Namiq oğlu Axundov olub. Məlumat üçün onu qeyd edək ki, Fuad Axundov bu vəzifədən 2001- ci ildə Heydər Əliyev tərəfindən kənarlaşdırılmışdır. ABŞ-da təhsil almış Fuad Axundovun etibarını itirmə səbəbi isə onun Bank aktivlərinin öz maraqları çərçıvəsində idarəetməsi və küllü miqdarda dələduzluq niyyəti ilə mənimsəmə planlarının aşkarlanması olmuşdur. Sonra F.Axundov mənimsənilmış vəsaitlərlə İngiltərəyə qaçmış və hazırda orada çoxsaylı daşınmaz əmlak sahibi olmuşdur.

Nəhayət 2006-cı ildə Beynəlxalq Maliyyə Korporasiyası bayrağı altında Azərbaycana sərmayə qoyuluşu adı ilə “ADA” şirkətlər qrupu yaradır və “Almalı” marketlər şəbəkəsi qurur. İxtisasça maliyyəçı menedjer olduğundan qısa zamanda gözə çarpan, cəlb edici görüntü və reklamlardan istifadə etməklə yüksək səviyyəli Brend ticarət şəbəkəsi yaratmışdır. Azərbaycanda misli olmayan iri ticarət şəbəkəsi əhalinin bütün təbəqələrinin sevimlisinə çevrilmışdır. Bu səbəbdən sahibkarlar bir birləri ilə rəqabət edərək Almalı ilə əməkdaşlıq etməyə can atırdılar. Hətta sahibkarlar Almalının satışına mal verməkdən ötrü “şapka” verirdilər. Bu andanda mərhələli formada maliyyə fırıldağına start verilmişdir. Mərhələli formada mal verən sahibkarlara süni borclar yaranırdı. Bu borclar mal verən sahibkaları narahat etmirdi, çünkü süni yaradılmış Almalı bazarına girmək problemi sahibkarları bu fikirdən uzaqlaşdırırdı. Afyorunda başlıca məqsədi bu idir!!! Maksimal borclanmaya getdikdən sonra Almalı tarixinin son 6 ayı Almalı Ticarət şəbəkələrində işləyənlərində zəhmət haqqısı verilmədi. Beləliklə sahibkarlara borclanma, vergi borcları, icarə haqlarının borcları (icarəyə götürülmüş mağazalar), kredit borcları, maaş borcları maksimal səviyyəyə qaldırıldıqdan sonra “Almalı” şəbəkəsinin müflüsləşməsi elan edildi.

İlkin hesablamalara görə nisyə mal vermiş sahibkarların 50mln.Manata, icarə borcları üzrə 250 min. Manat, Vergi borcları üzrə 2 mln. manata qədər və Banklardan alınmış kreditlər mənimsənilmişdir. Əlbətdə ki, ticarətdən ən az anlayışı olan belə anlayır ki, ticarətdə ziyan mümkündür. Lakin heç bir xərc qarşılanmamış halda açıq aşgar satilan malların tam dəyərinin mənimsənilməsi mümkün deyil. Belə ki, satılmış malların tam dəyəri ticarət dövrüyyəsindən mərhələli formada kanarlaşdıraraq mənimsənilmişdir. Bundan başqa Fuad Axundov özünü Türkiyə, Avropa, MDB dövlətlərində 1- nömrəli top menedjer və bankir kimi qələmə vermiş bir “şəxsiyyət” kimi belə sadə yolla müflüsləşə biməzdi.

Əlbətdə hər bir xırda detal düşünülmüşdür. Fuad Axundov “Almalı” layihəsinə Azərbaycan Beynəlxalq Bankdan onunla bir yerdə uzaqlaşdırılmış komandasını gətirmişdir. Bunlardan Elşad Şirinbəyov (Yasamal ABB filialı), Rafael Hacıyev (Sumqyit ABB filialı), Mobil Şərifov (Gəncə ABB filialı), Bahruz Hüseynov (ABB), Asim Salamov (Fuad Axundovun bacısı Nigar Axundovanın həyat yoldaşı), Ağası Hüseynov (Fuad Axundovun həyat yoldaşı Fərəh Axundovanın qardaşı) və s. qohumlar və tanışlar. Rafael Hacıyevi isə Fuad Axundov “Almalı” marketlərinin rəhbəri və vəsait yığımına nəzarətçı kimi təyin etmişdir.

Araşdırmalar bir başlıca vəziyyətidə üzə çıxardı. “Almalı”- rəhbərliyi qeyri qanuni olaraq sahibkarlardan və digər tanışlardan, aylıq və illik yüksək faiz dərəcələri ödəmək vədləri ilə 15 milyon manata qədər vəsait toplamışlar. Bu vəsaitlərdə tam şəkildə mənimsənilmişdir.

Xatırlatdığımız kimi, Fuad Axundov maksimal borclanmaya getdikdən sonra bir vaxtlar qərb dünyasında ən geniş yayılmış dələduzluq formasından istıfadə edərək “Almalı” Ticarət şəbəkəsini süni müflis elan etmişdir. Beləliklə Fuad Axundov müflisləşmə yolu ilə qəsdən ödəmə qabiliyyətsizliyinin yaradılması nəticəsində ümümi dəyəri 70 milyon manata qədər vəsaiti mənimsəmişdir. Nəzərə almaq lazımdır ki, 70 milyon manat 2012-ci il tarix üçün 0.78 qəpik məzənnə ilə təxminən 89 745 000 (səksən doqquz milyon yeddiyuz qırx beş min) ABŞ dolları təşkil edirdi. Beləliklədə Fuad Axundov özünü və biznesini süni müflıs etməklə küllü miqdarda vəsaiti ölkədən çıxarmışdır.

Hazırda Fuad Axundovun ailəsi İngiltərədə dəbdəbəli həyat sürür (fotolar əlavə olunur). F.Axundovun özü isə hazırda Rusiyanın “Rosatom” Konserninin Türkiyədəki “Akkuyu” layihəsinə rəhbər təyin edilib. Çox güman ki, növbəti meqa dələduzluğunda qurbanı məhz bu konsern olacaq. Bununla əlaqədar Fuad Axundovun “Akkuyu” layihəsinə özünə müşavir olaraq “Almalı”nın keçmış rəhbəri Rafael Hacıyevi təyin etməsi, artıq prosesin hərəkətdə olmasına dəlalət edir (fotolar əlavə olunur).

Hazırda ziyan çəkmiş sahibkarların bir araya gəlməsi prosesinə start verilmişdir. Yaxın vaxtlar Bakı Mətbuat Mərkəzində jurnalistlərlə görüş keçirilməsi və Azərbaycan Respublikası Prezidentinə, Baş Prokurora və DİN (Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsi)nə Mütəşəkkil formada dələduzluq faktlarının araşdırılması istiqamətində arşdırmanın aparılmasına dair müraciətlər göndəriləcəkdir!!!!

Elmar Həsənov ([email protected])
teref.az olaraq adları çəkilən hər bir şəxsin fikirlərini dinləməyə və saytımızda yerləşdirməyə hazırıq!
teref.az











“Almalı” marketlərinin yaranma və  dağılma sirləri!!!!- ŞOK İDDİA















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.