QAZAX SÜRÜCÜLÜK MƏKTƏBİ NİYƏ “SÜRÜNÜR”?
6-02-2017, 00:29

Hazırda sürücülərin ehtiyatsızlıq ucbatından törətdikləri qəzaların qarşısının alınması dövlətin ən prioritet məsələlərindəndir. Elə bir gün olmaz ki, ölkədə yüngül də olsa avtoqəza törədilməsin. Son vaxtlar isə bu vəziyyətlə bağlı günahsız insanların qəzalardan həyatını itirməsi adi hal alıb. Əlbəttə, hadisə törədiləndən sonra deyil, başlanğıcdan bu vacib məsələlərin qarşısı alınmalıdır. Məktəbə ayaq açan uşaqlar təlim və tərbiyənin dərinliklərinə yiyələndikləri kimi, sürücülük məktəbinə qədəm qoyan hər bir kəs əvvəlcə özünü, sonra isə qarşısındakını qorumaq üçün cəmi 3 ay müddətində sürücülüyün sirrlərinə daha yaxşı bələd olmalıdır. Lakin sürücülük məktəbinə təsadüfi təyin edilmiş Cəfər Aqraxovun tamahı bu işlərin üstündən xətt çəkir. Tələbələr sürücülüyün sirrlərinə yaxşı bələd ola bilmirlər. Onda qəza da olacaq, üstəlik maşını təyyarə kimi sürmək də…
Bu məsələ ilə bağlı, yəni sürücülük məktəbində dərsin keyfiyyəti, gələcəyin sürücülərə dərs deyən müəllimlərin özlərinin hazırlığı ilə əlaqədar diqqətimizi Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi MMC-ni Qazax filialına yönəltdik. Bəli, bu sürücülük məktəbinin necə deyərlər, müasir adıdır. Məktəbdə istər hərbi komissarlıq hesabına, istərsə də öz hesabına oxuyanların biri də ayağını məktəbə basmır. Saxta diplom kimi oxumaya-oxumaya saxta da sürücülük şəhadətnaməsi verilir. Məzunlardan da sürücülük məktəbinin direktoru hər birindən 1000 manata yaxın pul toplayaraq onlara aidiyyəti yerdən sürücülük vəsiqəsi verdirir. Hələ, şağirdlərdən keçirilməyən təlim üçün pul yığılmasını dilə gətirmirik… Bir söz, bu sahə ən böyük biznesə çevrilib.
Qazax rayon sürücülük məktəbi sanki, məktəbin direktoru Cəfər Aqraxov tərəfindən özəlləşdirilib. Onu məktəbdə tələbələri kimi çox nadir hallarda tapmaq mümkündür.
Hərçənd ki, məktəbdə texnikaların saxlanılması üçün alaçıq olsa da, nəzarətsizlıikdən təlim maşınları açıq havada günün-yağışın altında xarab olmaqdadır. Məktəb olanda da burada şagirdlərə rast gəlmək mümkün deyildir. Öz hesabına oxuyanlar bir yana, Cəfər Aqraxov hərbi komissarlıq hesabına oxuyanlardan da yaxşıca pul “qırır”. Şagirdlərin təhsil alması üçün hərbi komissarlıqdan Cəfər Aqraxovun məktəbinin hesabına ötürülən vəsaitin dərdini yalnız direktorun özü bilir… Hətta, elə olur ki, təhsil müddəti olan 3 ay qurtarmağa az qalmış Cəfər müəllim həmin buraxılışa adam yazır. Buradan da aydın olur ki, sürücü olmaq istəyənlərə saxta sürücülük vəsiqəsi verən Aqraxov bu hərəkətləri ilə nə qədər günah qazanır. Yol nişanlarından və maşın texnikasından tam xəbərsiz olan sürücülər bu səbəbdən yollarada “ölüm-dirim” mübarizəsinə girişirlər.
Texniki baza cəhətdən həddən ziya zəif oln məktəbin bu gün işləməsi məktəb direktorundan savayı heç kimə xeyri yoxdur. Cəfər Aqraxov sürücülük məktəbində açıq-açığına “kamikadze” hazirlayır. Hələ, bu məsələnin görünən tərəfidir. Məktəbdə təlim üçün geniş şərait də “yox” dərəcəsindədir. Sinif otaqları şagird ayağına həsrət qalıb. Həmişə vur-tut 2 və ya 3 müəllimə təsadüf edilir. Həmin müəllimlər də Cəfər müəllimin dediklərilə oturub duran¸ ynacaq silgisinə dinməz imza atanlardır, deyən qalıb işləyirlər. Axtaranda bu məktəb həqiqətən də gələcədə baş verəcək avtoqəzaların mənbəyini yaradır. Qəza da olsa olar, təki Cəfər müəllim adı olub, özü olmayan məktəbdə atdığı zərləri şeş qoşa düşsün.
Nə deyək? Hazırkı vaxtda hərə özünə görə bir bəydir. O cümlədən, Cəfər Aqraxov da! Yəqin ki, Cəfər müəllimin bu saxta işlərinədən xəbərdar olanlar millətə yazığı gəlib onun qulağına nəsə deyərlər…
Yazı hazırlanarkən onu da bildirdilər ki, Cəfər Aqraxov təhsilini guya Ruisiyada alıb. Üstəlik Azərbaycan Müəllimlər İnstitutunun sabiq Qazax filialından da saxta diplom alıbmış. Xoşbəxtlikdən həmin diplom tanınmayıb. Tanınsaydı Aqraxov başımıza oyunlar açardı.
Qəribədi, belə saxta işlərlə məşğul olmuş Aqraxovdan bu gün nə gözləyə bilərik? Ancaq saxta sürücülük vəsiqəsi…
Qarşı tərəfin fikrini də dinləməyə hazırıq.
teref.az