Xəzərdə müəmmalı məkan, intim münasibət üçün qaçırılan qızlar... - ŞOK FAKTLAR

22-08-2019, 07:29           
Xəzərdə müəmmalı məkan, intim münasibət üçün qaçırılan qızlar... - ŞOK FAKTLAR
Yadplanetlilər hər zaman planetimizin sakinləri üçün maraqlı olub. Son aylar isə onlar barəsində Yerdə daha çox danışılır.

Gah yaralı yadplanetlinin tapıldığı deyilir, gah da Çində yadplanetlilərin şəhərinin görüldüyü iddia edilir. Finlandiyada yaşayan tədqiqatçı Mark Savala Ayda yadplanetlilərin bazasını tapdığını deyir.

Bu xəbərlərə hər zamankı kimi yanaşmalar fərqlidir. Bunu insanların uydurması hesab edənlərlə yanaşı, yadplanetlilərin varlığına inanan, onların Yerdə bizimlə birlikdə yaşadığını düşünənlər də az deyil.

Mövzu ilə bağlı müsahibimiz şair, publisist, ufoloq Nazim Əhmədli yadplanetlilər barədə Publika.az-ın suallarını cavablandırıb.

- Yadplanetlilər Yerə haradan gəlir, onların konkret məkanları varmı?

- Yadplanetlilər bəşəriyyətdən kənar sivilizasiyaların nümayəndələridir. Onlar bizim Günəş sistemində və kənar qalaktikalarda milyon illərdir mövcud olan və bəşəriyyətin dərk etmədiyi səviyyədə yüksək inkişaf mərhələsinə çatan, yüksək ağıllı varlıqlardır. Onlar müxtəlif qalaktikalardan gəlirlər. Alimlərin hesablamalarına görə isə, 7-8 trilyon qədər qalaktikanın olduğu güman edilir. Qalaktikada da milyardlarla planetlərin və sivilizasiyaların olduğu qaçılmazdır.

- Yadplanetlilərin müxtəlif növ olduqları deyilir. Onların hər biri istədikləri vaxt Yerə gələ bilirmi, yoxsa bunun üçün şərtlər varmı?

- Əvvəla, min illərdir onlar buradadır - dənizlərin, okeanların, dağların altındadırlar və bəşəriyyətin də inkişaf mərhələlərinə nəzarət edirlər. Onların çox da məlum olmayan növləri də var. Bozlar, yəni boz yadplanetlilər. (Grey aliens),iri başlı, gözləri böyük, Reptiloidlər- yaşıllar, Pleyadesli - tam insana oxşayırlar (Nordiklər) onların iddia edilən növlərindəndir. Həmçinin kainatda onların da kosmik birlikləri var.

- Onların Yerə marağı nə ilə bağlıdır?

- Günəş sistemi onlar tərəfindən süni şəkildə yaradılıb. Bu sistem yeddi milyard il üçün nəzərdə tutulub. Yəni Günəş sisteminin ömrü 7 milyard ildir. Onlar yaratdıqlarına nəzarət edirlər.

- Gələcəkdə onlar Yerdə insanlarla birlikdə yaşayacaqmı?

- Əslində indi də yaşayırlar. Bəşəriyyətin inkişaf mərhələlərində onların istədikləri olacaqsa, onlarla daha geniş əlaqələr ola bilər. Qeyd etdiyimiz kimi, indi də aramızda olanlar var. Əlbəttə, gizli olaraq.

- Xəzər dənizində Yadplanetlilərin məkanı olduğu doğrudurmu?

- Xəzərdə, Tibetdə, Bermud üçbucağında və dünyanın bir çox yerlərində onların məskənləri (bazaları deyək) var. Və son vaxtlar da onların tez-tez görünməsinin səbəbi Yer kürəsində bəşəriyyətin şıltaqlığı ilə bağlıdır. Yəni mənasız müharibələrin olması, ekoloji tarazlığın son dərəcə pozulması və s. ilə bağlıdır.

- Bəzi ölkələrdə onların insanları oğurlamaları barədə müxtəlif iddialar var. Onların insanları oğurlamaqda məqsədləri nədir?

- ABŞ-da 51-ci zona deyilən bir yer var. Məndə olan məlumata görə, yadplanetlilərin onlarla işbirliyi var. Bəzi mənbələrdə Adolf Hitlerin də onlarla görüşü olub. ABŞ hökumətinin sabiq müşaviri, britaniyalı alim, ufoloq, Pentaqonun keçmiş məsləhətçisi Timoti Qud Amerikanın o vaxtkı prezidenti Duayt Eyzenhauerin də yadplanetlilərlə görüşünün olduğunu deyib. Onun sözlərinə görə, ABŞ-a rəhbərlik etdiyi dövrdə (1953-1964) Eyzenhauer Amerika Hərbi Hava Qüvvələrinin Nyu-Meksikada yerləşən hərbi bazasında yaşıl rəngdə olan yadplanetlilərlə bir neçə dəfə görüşüb. Onların arasında müqavilə də bağlanıb. Yeni texnologiyalar qarşılığında Amerikada insanların 2 faizini oğurlanması məsələsi qoyulub..

Müqavilənin şərtləri

"Yadplanetlilərlə imzalanmış müqavilədə qeyd olunur: Yadplanetlilər bizim işlərimizə qarışmayacaq, həmçinin ABŞ onların işlərinə müdaxilə etməyəcək. Onların dünyada qalması isə gizli saxlanılacaq. Yadplanetlilər dünyada texnologiyanın inkişafına kömək edəcək. Bundan əlavə, Yer planetində başqa bir ölkə ilə müqavilə imzalamayacaqlar. Həmçinin müəyyən vaxtlarda tibbi müayinələrdə istifadə etmək və inkişafı izləmək üçün insanlar "oğurlanacaq". Lakin onlara heç bir zərər verilməyəcək. İnsanlar aparıldıqları yerə qaytarılacaqlar və heç bir şeyi xatırlamayacaqlar. Bundan əlavə, ABŞ və yadplanetli hökuməti bir-birini öyrənmək üçün 16 nəfərin mübadiləsini edəcək". ("Bizim yol" qəzetindən.)

- Onları insanları oğurlayıb, insanla yadplanetlini cütləşdirib yeni varlıqlar yaratdıqları deyilir. Bu nə qədər realdır?

- Yadplanetlilərin insanları oğurlamaları haqqında versiyalar var. Mənim şahid olduğum bir hadisə də maraqlıdır. Moskvada M.Qorki adına Ədəbiyyat institutunda oxuyanda bir müəllimimiz var idi, adı Georgi İvanoviç Kunitsın idi. O, qəribə əhvalatlar danışırdı və həm də ufoloq idi. Bir qrup tələbələrə ayrıca mühazirələr oxuyurdu, yadplanetlilər haqqında. Mən də həmişə o qrupda olurdum. Onunla çox söhbətim olurdu. Bir dəfə mənə dedi ki, gedək Moskva ətrafındakı Solneçnoqorsk şəhərinə səni bir adamla tanış edəcəm. O adamı yadplanetlilər oğurlamışdı. Mənim üçün bu, çox maraqlı oldu və Georgi İvanoviçlə getdik. Məndən başqa on nəfərə yaxın başqa tələbələr də var idi. Biz Malışevlə tanış olduq. O, rəssam idi. Meşənin açıq yerində peyzaj çəkərkən başlarında nimp olan üç nəfər insan qiyafəsində, ucaboylu skandinav tipli, uzun saçlı məxluqlar ona yaxınlaşıb, bizimlə gedək deyirlər, Malışev onların telepatiya ilə etdikləri müraciəti qeyri ixtiyari olaraq qəbul edir və bir az aralıda dayanan dairəvi kosmik gəmiyə sarı gedərək, içəriyə daxil olurlar. Uçuşdan sonra çox az şeylər xatırladığını qeyd edən Malışev cəm 15 dəqiqə onların süni planetində olduğunu dedi. Qayıdanda isə Yerdə 3 gün keçmişdi. Mənə məlum olan mənbələrə istinad edərək deyə bilərəm ki, yadplanetlilər insanları təcrübə məqsədi ilə, intim əlaqələrə görə də oğurlayırlar. Təbii ki, yadplanetlilər hər cür eksperimentlərdən istifadə edə bilərlər. Əvvəla onların şüuru və inkişaf dərəcəsi bizdən qat-qat çox olduğu üçün ağlımıza gələn bütün fantaziyaları reallaşdıra bilərlər.

- Yadplanetlilər neçə illərdir Yerə gəlib-gedir? Yerdə hansı dəyişikliklərə səbəb olublar?

- Bəlkə də milyon illərdir onlar yerə gəlib-gedirlər. Son yüzilliklərdə bəşəriyyət texnogen inkişafı planetimiz, bütövlükdə qalaktikamıza vurduğu ziyan, ekoloji tarazlığın pozulması, Yer kürəsinin eləcə də insanların aurasında yaranan mənfi enerji çox qorxuludur. Məhz son illərdə onların tez-tez görünməsi bir xəbərdarlıq mesajıdır. Dünyanın çox yerlərində taxıl zəmilərində, otlaqlarda, əkin yerlərində sirli işarələrin peyda olması da onların mesajıdır. Demək istəyirlər ki, özünüzü yaxşı aparın. Bu, yüksək ağılın bizə xəbərdarlığıdır. Onları dərk eləmək üçünsə Yer üzərində mənasız müharibələr, ekoloji çirkləndirmələr, acgözlüklər, insanlığa yaraşmayan adətlərə son qoyulmalıdır...

- Misirdəki Xeops ehramı kimi bir çox dünyaca məşhur tikililərin məhz yadplanetlilər tərəfindən, yaxud da onların köməyi ilə tikildiyi iddia edilir? Bu, nə qədər doğru yanaşmadır?

- Belə güman edilir ki, Misir ehramları eramızdan əvvəl XXX əsrdə Qədim Xanədanlıq dövründə inşa edilib. Lakin bunun bir güman olduğunu düşünürəm. Deyə bilərəm ki, bütün dünyada olan ehramların çoxu bir niyyətlə tikilib və həm də burada kainatdan gələn yüksək ağılların müdaxiləsi mütləqdir. Şumer tarixinə, nəzər salsaq bəsdir. Bu ehramlar kainata antena rolunu oynayıb və Yerin təhlükəsizliyi məsələlərinə xidmət edib. Müxtəlif müharibələr zamanı isə bəşəriyyətin gerizəkalıları ehramların çoxuna ciddi zərər verib. Misir fironu Exnaton da anunukilərin( Kainatdan gəlmə allahlar adlandırılırdı onlar) nəslindən olub. Bu yaxınlarda "İki Sahil" qəzetində bu ehram haqqında oxudum. Axı bir fironun qəbri üçün bu qədər möhtəşəm bir ölçü nəyə lazımdır. Deməli bu ehramlar xüsusi bir layihənin nəticəsi olaraq inşa edilib və həm də qədim misirlilər tərəfindən yox.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.