Şəbnəm Tovuzlu efirə pulla çıxırmış – Etiraf

15-09-2019, 20:35           
Şəbnəm Tovuzlu efirə pulla çıxırmış – Etiraf
Teref.az müğənni Şəbnəm Tovuzlunun Lent.az -a müsahibəsini təqdim edir:
- Sənətdə arzuladığınız yerdəsiniz?

- Şükürlər olsun ki, sənətdə istədiyim yerdəyəm. Bu yerlərə elə belə, təsadüfü gələn insanlardan deyiləm. Əziyyət çəkmişəm. İndinin özündə də mahnılar, kliplər, fotosessiyalar həyata keçirirəm. Təbii ki, bu işdə mənə heyətim də dəstəkdir. Mahnılarımın sevilməsi məni bir müğənni kimi sevindirir. Sonuncu təqdim etdiyim “Mən hələ ölməmişəm” adlı mahnım isə, sözün əsl mənasında sevildi. Hər kəs bu mahnıdan danışır. Amma bu da son deyil, qarşıda mahnılar çoxdur.

- Mahnılar, kliplər təqdim edirsiz, amma sizin işlərinizi tənqid edənlər, bəyənməyənlər çoxdur....

- Deyirlər ki, bar verən ağaca daş atarlar. Bir ağac bar vermirsə, qurudursa, ona kimdir daş atan? Mən artıq buna alışmışam.

- Sizi tənqid edənlərin əksəriyyəti həmkarlarınızdır?

- Mən şəxsən sağlam rəqabət aparıram. İstəyirəm ki, mənim ifam daha yaxşı, daha sevimli olsun.

- Şəbnəm Tovuzlu həyat yoldaşını niyə mediadan gizlədir?

- Bu mənim şəxsi istəyimdir. Bu məsələ özümdə qalsın. Mənimdirsə, məndə qalsın. Paylaşmağı sevmirəm. Heç zaman onun şəklini də paylaşmayacağam. Qoy danışa-danışa qalsınlar.

- Bəlkə bu həyat yoldaşınızın qadağasıdır?

- Heç bir qadağası yoxdur. Biz əvvəldən, 6 il öncədən öz aramızda bir söz verdik. O, dedi ki, reklamı sevmirəm. Mən də onun fikrinə hörmət edirəm.

- Növbəti dəfə ana olmaq istəyiniz varmı?

- Bəli, çox istəyirəm. Bu istəyimə heç nə mane olmur. Yaxınlarda bu xəbəri də eşidə bilərsiniz. Sadəcə övladı verən Allahdır. Mən uşağı çox sevirəm. Özüm tək böyümüşəm deyə, uşaq üçün ölürəm. Allah bütün balaları qorusun, 2 övladım var, amma yenə uşaq istəyirəm. Bu barədə artıq düşünürük. Qismət Allahdan. Dünyaya gələcək olan uşağın cinsiyyətinin nə olmasının önəmi yoxdur. Çünki qızım da var, oğlum da. Bundan sonra nə olsa, qəbulumdu.

- Həmkarlarınız söyləyir ki, “Oğlumuza müğənni qız almarıq”...

- Şəxsən mən alaram. Bu gün heç kim deyə bilməz ki, Şəbnəm pisdir. Şəbnəm ailəsinə də, ata-anasına, çevrəsinə də gözəldir. Əxlaqıma heç kim heç nə deyə bilməz. İnsanın çətin, əzablı günləri ola bilər. Amma kimsə deyə bilməz ki, Şəbnəm nəsə pis hərəkət edib. Şəbnəmin həyatı bir dəfə uğurlu olmaya bilər. Amma belə bir söz var ki, əvvəlin gəlincə, axırın yaxşı gəlsin. Mənim 2-ci evliliyim uğurlu oldu. Elə insanlar var ki, həyatı 1-2 dəfə gətirməyib. Bu qismətdir.

- Hesab etmirsiniz ki, bu kimi açıqlamaları verməyə bəzi müğənnilərin özləri səbəb yaradıb?

- Bəzi adi qadınlar var ki, evdə oturub, başqa-başqa işlərlə məşğuldurlar. Onlar da müğənnidir? Müğənnilər onların yanında yalandır. Dodaq slikon, yanaq botoks. Amma mən müğənniyəm, üzümdə bir əməliyyat görə bilərsiniz? Məndən də qorxaq insan yoxdur, heç vaxt da əməliyyat etdirmərəm.

- Bir müddət öncə söylədiniz ki, Həcc ziyarətinə gedəcəksiniz. Bu açıqlamanıza “Şəbnəm də Həccə gedir” şərhini verdilər...

- Şəbnəmə nə olub ki? Şəbnəm o sözü deyənlərdən artıqdır. Xasiyyəti və xanımlığı ilə. Gəlib mənim evimin içini görə bilirlərmi? Bilirlərmi ki, necə xoşbəxt ailəm, övladlarım var? Mən avara həyatı sürməmişəm. Hər zaman xanımlığımla, mədəniyyətimlə seçilmişəm. Şükürlər olsun ki, əxlaqsız hərəkətim yoxdur. Bir insan özünə hörmət etmirsə, ona heç kim hörmət etməyəcək.

- Bəzi müğənnilərimiz tanınmaları yolunda maşınlar, evlər satdılar. Bəs Şəbnəm bu yolda nələr etdi?

- Düzdür, çox əziyyətlər çəkdim. Getdiyim toylardan 5 manat qazandımsa, onun 3 manatını efirlərə verdim. Populyar olmağım üçün bunu etdim. Mən görsəydim ki, insanlar məni sevmir, qəbul etmir, davam etməzdim, pul tökməzdim. Şükürlər olsun ki, mən çox pul tökmədən mahnılarım sevildi. Allahıma çox şükür ki, uduzmadım. Sevənlərim var. Bu gün deyirlər ki, bayağı mahnı var. Bayağı mahnı yoxdur, bayağı ifaçı var. Mən də özümü bayağı ifaçı saymıram. Çünki mən vokalı bitirmişəm. Hər janrda mahnı oxuya bilirəm. Muğam da oxuyuram, estrada da. “Xəstəyəm” mahnısı bayağıdırmı? 30 milyondan yaxın baxış yığıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.