“Vurulmuş” MTN generalı danışdı- KİM NƏ VERİB, NƏ ALIB...

5-07-2016, 10:21           

Gununsesi.info dünən ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyin Kadrlar Baş İdarəsinin keçmiş rəisi, general-mayor Əlimusa Əliyevin rüşvət ittihamı ilə həbs olunacağına dair məlumat yayıb. Xatırladaq ki, həmin məlumatda (http://www.gununsesi.info/daha-bir-mtn-generali-h%C9%99bs-olunur/) bildirilir ki, Eldar Mahmudovun “vurulmasından” sonra təqaüdə göndərilən general artıq istintaqa dəvət olunub. Əlimusa Əliyevin istintaqa dəvət olunmasına səbəb isə vaxtilə nazirliyə işə qəbul prosesində rüşvət hallarıdır. Məlumatda bildirilir ki, MTN-də işə düzəlmək üçün rüşvət verən amma gözləmə mövqeyində olan bir neçə nəfər son olaylara görə, işə qəbul edilməyib. Pulları mənimsənilən həmin vətəndaşlar isə hüquq-mühafizə orqanlarına şikayət edib. Bundan başqa rüşvət verib, yeni işə qəbul olunan şəxslərin də ifadələri alınıb.
Gununsesi.info-nun əməkdaşı Əlimusa Əliyevlə danışa bilib. “Vurulmuş” general barəsində səslənən iddiları təkzib edib.
Onunla söhbətimizi təqdim edirik:

İstintaqa cəlb olunmusunuzmu? Həbs olunacağınıza dair iddialar nə dərəcədə doğrudur?
Mən cinayət törətməmişəm ki, məni də həbs etsinlər. Kim bu xəbəri yayır? Belə bir şey yoxdur, yalandır. Mənim telefonumu haradan almısınız…?
Sİz MTN-də Kadrlar Baş İdarəsinin rəisi olmusunuz. Sirr deyil ki, Eldar Mahmudov nazirliyi bazara çevirmişdi. MTN-nə işə girmək üçün qabiliyyət yox, pul vacib şərt idi. Bu bir reallıqdır və təkzib edə bilməzsiniz?
Mənim heç nədən xəbərim yoxdur. Kim pul verib, kim alıb. Bunlar mənlik deyil. Mənə belə sual verməyin…
Eldar Mahmudovun nazir təyinatından sonra nə qədər vakant yerə adam götürülüb?
Mən sizə cavab verməyəcəm. Məni bu işlərə qatmayın. Ortada iş gedir, araşdırılır.
Eldar Mahmudovla əlaqəniz varmı? Sabiq naziriniz olub, uzun illər birlikdə çalışmısınız?
Xeyr, heç bir əlaqəm yoxdur. 9 aydır ki, təqaüdə çıxmışam, oturmuşam evimdə.
Pərviz Həşimli












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.