”Qorxurdum ki, uşaqlarımı oğurlayarlar”
26-09-2016, 09:55
“Fikrətin mənimlə keçmiş davranışları buna əsas verir ki, indi mən canımla, başımla onu müdafiə edim. Müdafiə edəcəyəm. Bunlar heç cür mənim qarşımı kəsə bilməzlər. Ancaq öldürə bilərlər.”- Fikrət Fərəməzoğlunun həyat yoldaşı deyir.
Jam.az saytının redaktoru, həbsdə olan Fikrət Fərəməzoğlunun həyat yoldaşı Faiqə Nosrəti “Bandotdel” kimi tanınan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən hədələndiyini deyir. BMCMİ-in müstəntiqi Hacı Əfəndiyev ona susmasa, həbs və ya İrana deportasiya edəcəklərini bildirib.
Faiqə xanım “Bandoteldə” aldığı işgəncələrdən sonra Fikrətdə kəskin baş ağrıları olduğunu söyləyir.
Oğlu baş verənlərin fərqində deyil. Hələ çox balacadır. Qızı isə ondan atasının harada oluğunu soruşur. Faiqə Nosrəti ən çox uşaqlarından narahatdır. O, başqa hədələr aldığını da deyir.
Faiqə Nösrətinin sözlərinə görə, BMT-nin insan haqları üzrə məruzəçisi Mişel Forstla görüşə bilməməsi üçün Fikrəti Kürdəxanıdan “Bandotdel”ə aparıblar. Amma xanımı beynəlxalq təşkilatların nümayəndələri ilə görüşməyə müvəffəq olub.