"Əli İnsanov qərbi azərbaycanlıların lideri deyil"
13-10-2016, 10:09
11 ildir ki, həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanov barəsində yenidən, 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Bu barədə oktyabrın 11-də Qaradağ Rayon Məhkəməsi qərar çıxarıb. Qərar Qaradağ Rayon Prokurorluğunun təqdimatı əsasında çıxarılıb.
Qərarda göstərilir ki, Əli İnsanov avqustun 23-də xidməti vəzifəsini yerinə yetirən ədliyyə mayoru Anar Məmmədova zor tətbiq edib, onun boğazını sıxıb, poqonlarını qoparıb. Keçmiş səhiyyə naziri ittihamları qəbul etmir. Bunu onu həbsdə saxlamaqdan ötrü düşünülmüş ssenari sayır.
Keçmiş nazir bu gün hakimiyyət üçün hər hansı bir təhlükə təşkil edirmi? Bu sualla “Azadlıq radiosu BAXCP sədrinin müavini Niyaməddin Orduxanlının fikirlərini öyrənib. Niyaməddin Orduxanlı isə bildirib ki, Əli İnsanovun hakmiyyət üçün təhlükəli və cəmiyyət də böyük nüfuza malik şəxs deyil: “Düşünmürəm ki, Əli İnsanovu Azərbaycan hakimiyyəti üçün ciddi bir təhlükəli şəxsdir və bu, qənaəti də bölüşmürəm. Və düşünmürəm ki, Əli İnsanov Azərbaycan cəmiyyətin də nufuz sahibidir və hansısa bir regonun lideridir. Bu qənaətlə razılaşmıram. Qətiyyən belə deyil. O ki , qaldı yeni cinayət işinin açılmasına , hal hazırda hüquq-mühafizə orqanları rəsmi olaraq cinayət işinin başlanması ilə bağlı cəmiyyətə məlumat veriblər. Və orada nə baş verdiyindən , hansı cinayəti törədib-törətmədiyi bəlli deyil. İnsanovun cinayət törədib və ya törətməməsi məhkəm zamanı bəlli olacaq. Bu məhkəmə zamanı üzə çıxan bir prosesdir. İnsanov tək o məhbus deyil ki, türmədə ola-ola cinayət ittihamı ilə rastlaşsın. Onlarla məhbus var ki, türmədə olduğu halda yenidən ona ciayət ittihamı irəli sürülüb və məhkəmə zamanı həmin məhbusların ciyanəti sübut olunub.
Əli İnsanov uzun müddət bu hakmiyyətin naziri vəzifəsində çalışdığı şəxsdir. Və bu gün onu mətbuatda müdafiə edən siyasi şəxsləri , yəni ,radikal müxalifətin nümayəndələrini İnsanov nazir işlədiyi zamanlarda çox pis formada aşağlayıb, bəzi hallarda isə, təhqir edib. Bu adamlar haqqında İnsanov çox pis münasibət göstərib. Və bu adamlar da həmin dövrlərdə Əli İnsanovu ölkənin bir nömrəli korrupsioneri adlandırıb. Azərbaycan səhiyyəsini məhv etdiyini, xalqın milyonlarla vəsaitini mənimsədiyini haqqında geniş açıqlamalar veriblər, mətbuatda yayıblar. İnsanovu ölkənin ən korrupsiyaya bulaşmış nazırı sayıblar. Bütün bunlar həqiqətdir və bir tarixdir. Tarixi isə, heç kim silə bilməz...