"Mənim həyacanlı baxışlarım onların diqqətini çəkdi" - Ərdoğan və Əliyevdən müsahibə alan JURNALİST
13-10-2016, 10:37
"Bu iki lideri bir yerdə və səmimi şəkildə görüntüləmək həqiqətən möhtəşəm oldu"
Bu sözləri Unikal.org-a Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 10-da İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresinin açılışından sonra onlardan səmimi müsahibə alan "Space” televiziyasının müxbiri Vüsalə Abbasova bildirib.
-Vüsalə xanım siz ümumiyyətlə neçə ildir mətbuatdasız ?
-Jurnalistikaya 2010-cu ildə başlamışam. Yeni başladığım zaman qısa müddətli Regional kanalda müxbir, daha sonra bir qəzetdə repartyor işlədim. 2011-ci ildə "Azad Azərbaycan” televizyasında yeni açılan bir lahiyyədə çalışmaq üçün təklif aldım. O zamanlar həmin televizyada Xoşqədəm Hidayətqızı "Səni axtarıram” verilişinin aparcısı idi. Mən də bu verilişin həm mantajoru, həm asistanı, həm müxbiri, həm redaktoru idim. Verilişdə demək olar ki, ikimiz çalışırdıq. Xoşqədəm xanım çox çalışırdı və həqiqətən işinin vurğunu idi. Çox vaxt gecələri səhərə qədər "Atv”də birlikdə qalıb işləyirdik. Onun çalışqanlığı mənim üçün hər zaman ciddi bir nümunə olub, buna görə də mən ona çok borcluyam, minnətdaram. Onunla işlədiyim müddət həqiqətən mənim üçün ciddi bir həyat məktəbidir. Bu gün əgər məndə bir çalışqanlıq, bir girişkənlik varsa Xoşqədəm xanımın adına bağlayıram.
İstanbula təhsil üçün gəldim. 2012-ci ildə İstanbul Universitetinin İletişim fakültəsinin "Radio Tv Sinema” bölümündə magistraturya qəbul oldum. Universitetə giriş işlərimi həll etdikdən sonra Bakıya döndüm və rəhbərliyə kanalın İstanbul təmsilçiliyində çalışmaq istədiyimi təklif etdim. Onlarda razılaştı. Uzun müddət "Atv”-ni Türkiyə təmsilçiliyində çalışdım. Daha sonra "Trt Avaz”ın türkdilli ölkələrdən gələn və türk vətəndaşı olmuş insanlarını həyatını çəkən bir lahiyyəsində işimi davam etdirdim.
-Space televiziyasında nə vaxtdan çalışırsız?
-Bir il öncə "Space” kanalının Türkiyə təmsilçiliyinin açılması ile əlaqadar olaraq kanalın prezidenti, hörmətli Vaqif Mustafayev məni çağırdı və təmsilcilikdə iş təklif etdi. Vaqif müəllim "səni soruşdum vətənpərvər qız olduğunu və çalışqan olduğunu dedilər. Qızım mənim kimi vətən sevdalısı biri olduğun üçün bizimlə çalışmağını istəyirəm dedi”. Beləcə o gündən "Space” kanalının Türkiyə bürosunda çalışıram. Yeri gəlmişkən Space kanalının prezidenti Vaqif müəllimə burdakı fəaliyyətimiz üçün göstərdiyi diqqət və dəstək üçün çox minnətdaram..
-Yeri gəlmişkən bu gün "Space" televiziyasının yaranmasının ildümüdür. Biz sizi və kollektivinizi təbrik edirik. Bu barədə danışardız...
-Bu gün çalışdığım "Space" televiziyasının ilk televerlişinin yayınlandığı gündür. 1997-ci ilin bu günü "Space" telekanalı mediya məkanımıza və ekranlarımıza ayaq basıb. Kanalın qurucusu görkəmli bəstəkar və ictimai xadimi Sevil xanım Əliyeva da bu gün doğum gününü qeyd edir. Başta Sevil xanımı, kanalın prezidenti, dəyərli kino rejissor, gözəl insan Vaqif müəllim olmaqla çalışdığı kollektivi təbrik edirəm. Səmimiyyət olan yerdə hər zaman gözəl atmosfer olur. Uğurumuz bol, yolumuz açıq olsun....
-Gələk əsas məsələyə. Siz iki gün öncə İstanbulda enerji konfransında iştirak edən prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğandan müsahibə aldınız. Bu müsahibə Türkiyə-Azərbaycan mətbuatında qığılcım sürətilə yayımlandı. Bu barədə danışardınız. Bu necə baş verdi?
-Bu konfransı izləmək üçün bir necə ay əvvəl qeydiyyatdan keçmişdik. Konfrasın açılış günü də bir neçə yerdə rəsmi qeydiyyat oldu. Çox çətin də olsa prezidentlərin gəlişi zamanı dünyadan və Türkiyədən gələn 500-dən artıq jurnalistin içində ən öndə durmağa çalışdıq. Sonra da, çıxışda biraz daha cəld davrandıq və önlərinə keçdik. Biraz da şanslı idik. Bu iki lideri bir yerdə və səmimi şəkildə görüntüləmək həqiqətən möhtəşəm oldu. Əslində gündəmlə əlaqadar olaraq bir neçə sualım var idi. Ancaq səmimiyyət və o isti münasibəti görüncə hər şeyi axarına buraxdım. Mənim çox səmimi, həyacanlı baxışlarım onların da diqqətini çəkdi, prezidentlərin də əhvalı-ruhiyələrinin çox yüksək olması həm onları, həm də məni güldürdü. Yaxşı ki, başqa sual ünvanlayıb bu tablonun səmimiyyətini pozmamışam. Bu xəbər Türk mediyasının çox böyük marağa səbəb oldu. Reportaj sonrası görüntüləri bizdən aldılar, ən öndə gedən televiziya kanalları və xəbər saytları TRT, Kanal D, A Haber ajansları çox maraqlı və səmimi başlıqlarla xəbəri anında paylaşdılar.
Ən öndə gedən xəbər saytı "Habertürk" və bir neçə başqa saytlar başlıqlarda belə yazmışdılar. "Erdoğan və Aliyevin samimi söhberi Azeri mühabiri mest etdi: Var olasın”, Azeri mühabir Erdoğana "var olasın dedi”, "Erdoğan və Aliyevin samimi sohbeti böyle görüntüləndi”. Azərbaycan isə özünüz görüdünüz,ölkəmizi və türkiyəmizi sevən hər kəsin ürəyinə yağ kimi yayıldı. Milyonlar insan "Space"nin kamerasının yaddaşına köçürdüyü bu gözəl görüntüləri durmadan paylaşdı. Xəbər saytları, televizyalar da öz növbəsində bu səmimiyyəti qürurla efirə verdilər.
-Bu müsahibənin Azərbaycan və Türkiyə mətbuatında belə səs-sədaya səbəb olacağını gözləyirdinizmi?
-Gözləyirdim. Çünki, ortada möhtəşəm görüntü var idi. Səmimiyyət, qardaşlıq, sevgi, dostluq, gözəl və təmiz olan nə varsa o görüntülərdə yaddaşa köçürülmüşdü. "Space” rəhbərliyi bizim bu toplantılarda rəsmi olaraq yer almağımız üçün hər şeyi etmişdi. Ona görə də düşünürəm ki, bu "Space”in uğurudur.
-Məlumatımıza görə sizə Ərdoğan özəl olaraq bir neçə dəfə müsahibə verib.
-Ərdoğana daha öncə bir dəfə təklikdə,3 dəfə isə türk mediyasıyla bərabər reportaj almışam. Biz demək olar ki, onun İstanbuldakı bütün toplantılarını ara-sıra izləyirik. Təbii ki, hər dəfə sual ünvanlamaq, reportaj almaq mümkün olmur.
-Digər sualım bizim jurnalistlərlə qardaş ölkənin jurnalistləri arasında hər hansı bir fərq varmı?
-Var. Bunlar çox operativdi və çalışqandırlar. "Azad Azərbaycan Televizyası”nın Türkiyə bürosunda işlədiyim zaman Türkiyənin Soma şəhərində madən faciəsi olmuşdu. Operatorumuzla ora çəkilişə getdik. Çox insan ölmüşdü. Faciənin olduğu yer şəhərdən çox uzaqda idi. Maşın yoluda olduqca pis idi. Zülümlə getdik. Mən orda ilk dəfə türk jurnalistlərin necə fədakarcasına çalışdıqlarını gördüm. Gecə yerdə yatırdılar, geyindikləri ağ köynəklər qapqara idi. Bu çətinliyə baxmayaraq türk jurnalistləri çox gözəl işləyirdi. Zaman keçdikcə təbii ki, çox belə hadislərin şahidi oldum. Türk jurnalistlərinin eyni fedakarlığını dəfələrlə getdiyim Suriya Türkiyə sərhədində, Suruç şəhərində "İŞİD"lə olan çatışmalarında da gördüm . Ümumiyyətlə çalışqandılar, zövqlüdürlər və peşəkardılar. Ola bilsin ki bunun əsas səbəbi burada jurnalistika təhsilinin praktikada daha çox çox tətbiq olunması ilə əlaqadardır. Bütün bunlardan başka türk jurnalistləri daha çox özlərinə güvənərək çalışırlar. Bu isə jurnalistikada peşəkarlıq üçün çox vacibdir və aralarında sağlam rəqabət var. Qısqanc deyillər.
-Ümumiyyətlə türkiyəli jurnalistlər arasında dostlarınız varmı?
-Təbii ki, çox dostlarım var. Bunlar NTV-də, ATV-də, TRT-də, Kanal-24də, "A-haber"də olan dostlarımdır. Dünyaca məşhur mediya qurumlarının, CNN və "Reuters", "Al Jazeera"nin Türkiyədəki təmsilçiləri ilə də tanışlığım var. Elə təhsil aldığım universitetdəki qrup yoldaşlarımın demək olar ki, əksəriyyəti Türkiyənin ən aktiv xəbər kanallarında işləyirlər. Tez –tez onlarla görüşürəm, fikirlərmübadiləri aparırıq. Müəyyən məsələlərdə onlar məndən, mən onlardan faydalanıram.
-Son olaraq gələcək planlarınız barədə danışardınız..
-Hazırda ikinci ali təhsil olaraq İstanbul Universitetində Sosiologiya ixtisasının II kursunda oxuyuram. Bunlara paralel olaraq ingilis dilini daha da təkmilləşdirməyə və Doktoranturada oxumağa hazırlaşıram. Bir millət, iki dövlət olan doğma Azərbaycanımızın və qardaş Türkiyənin daha da yaxın olması üçün göstədiyim fəaliyyət mənim üçün böyük ruh mənbəyidir. Dünyada bundan gözəl, məncə heç nə olmaz.
[media=https://www.youtube.com/watch?v=BrJuO9UhUk0]