Mətbuat Şurasının fəaliyyətində yeniliklər olacaq

4-04-2018, 10:05           
Mətbuat Şurasının fəaliyyətində yeniliklər olacaq
Şuranın İdarə Heyətinin toplaşmamasının səbəbi bilindi

Martın 10-da Azərbaycan jurnalistlərinin 7-ci qurultayı keçirilib. Qurultayda Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi seçilib. Qurultaydan bir aya yaxın vaxt keçsə də, İdarə Heyəti yeni tərkibdə hələ toplanmayıb.

Maraqlıdır, ilk toplantı nə vaxt baş tutacaq? Mətbuat Şurasının yeni rəhbərliyi hansı yeniliklər tətbiq edəcək? Hansısa yeni strategiya ortaya qoyulacaqmı?

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirdi ki, İdarə Heyətinin ilk toplantısının yubandığını söyləmək mümkün deyil: “Bir qədər yubanma var, o da obyektiv səbəblərlə bağlıdır. Bildiyiniz kimi, qurultaydan sonra uzunmüddətli bayram tətilləri oldu. Eyni zamanda Mətbuat Şurasının 15 illik yubileyi keçirildi. Buna
M.Ələsgərli onu da bildirdi ki, şuranın fəaliyyət strategiyası jurnalistlərin qurultayında müəyyənləşdirilib: “İdarə Heyəti strategiyanı həyata keçirən idarəetmə orqanıdır. Qurultayda əsas müzakirə olunan məsələlərdən biri online medianın tənzimlənməsi idi. Online media ilə işi gücləndirmək üçün onların İdarə Heyətində təmsilçiliyi də gücləndirildi. Konkret həyata keçiriləcək tədbirlər barədə İdarə Heyəti qərar verəcək, lakin gözlənilir ki, online media ilə iş gücləndiriləcək”.

İdarə Heyətinin digər üzvü Azər Həsrət bildirdi ki, toplantının yubanması qarşıdan gələn prezident seçkiləri ilə bağlıdır: “İdarə Heyətinin bütün üzvləri seçki prosesində öz fəaliyyət sahəsinə uyğun olaraq iştirak edir. Buna görə də İdarə Heyətinin toplanması yubanır. İndiki dövrdə biz medianın monitorinqini aparırıq”.


A.Həsrətin sözlərinə görə, böyük ehtimalla İdarə Heyətinin ilk iclası seçkilərdən sonra baş tutacaq: “İlk iclasda bir sıra təşkilati məsələlərə baxılacaq: sədrin 2 müavini, şura komissiyalarının rəhbərləri müəyyənləşdiriləcək. Bunlar həll olunduqdan sonra şura öz işini davam etdirəcək. Onu da qeyd edim ki, qurultayda Mətbuat Şurasının statusu ilə bağlı müəyyən təkliflər səsləndirildi və prezidentin köməkçisi Əli Həsənov tərəfindən də dəstəkləndi. Düşünürəm ki, biz təşkilati məsələlər həll olunduqdan sonra Mətbuat Şurasının statusu ilə bağlı hazırlıqlar barədə fikirlərimizi bildirəcəyik”.

İdarə Heyəti üzvü bildirir ki, online medianın şurada təmsilçiliyi məsələsi gündəmdə olacaq: “Düşünürəm ki, getdikcə Mətbuat Şurasının idarə olunmasında online medianın iştirakı daha da güclənəcək”.


İdarə Heyətinin daha bir üzvü, “Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlu da deyir ki, ilk toplantının yubanması iki səbəblə bağlıdır: “Toplaşmamağımızın əsas səbəbi qurultaydan sonra uzun bayram fasiləsidir. İndi toplaşmamağımızın səbəbi isə məncə, seçki prosesinin ən qızğın çağında olmağımızdır. Yəqin ki, yaxın günlərdə toplanacağıq”.

Heyət üzvünün fikrincə, Mətbuat Şurası yeni tərkibdə daha geniş, daha əhatəli media siyasətilə çıxış etməlidir: “Bilirsiniz ki, media seqmentində Mətbuat Şurasının əhatə etmədiyi, edə bilmədiyi media nümunələri də var. Onların əksəriyyəti nyu-media nümunələri sayılır, o cümlədən sosial mediada ciddi fəaliyyət göstərən səhifələri olan insanlar, qruplar var. Biz onlarla bağlı da müəyyən strategiya düşünməliyik, onları da əhatə edəcək bir siyasət hazırlamalıyıq. Narazı kimi görünən, Mətbuat Şurasının fəaliyyətini qəbul etməyən bir sıra media quruluşları, media nümunələri var. Onlarla masaya oturub danışmaq, narazılığı media səhifələrindən otaqlara, müzakirə masalarına daşımaq üçün addımların atılmasının gərəkdiyini düşünürəm. Bununla bağlı təkliflərimi İdarə Heyətinin iclaslarında müzakirəyə təqdim edəcəm”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.