Pənah Hüseyn: "Suqovuşandakı məntəqədə işıqlar söndürülüb"

1-11-2015, 23:06           
Pənah Hüseyn: "Suqovuşandakı məntəqədə işıqlar söndürülüb"
Suqovuşan kəndindəyəm, seçki başa çatsa da səsvermə qutuları açılmır. Məntəqə üzvləri yoxa çıxıb, həyətdə 5-6 polis var".

Bunu Musavat.com-a 63 saylı Sabirabad seçki dairəsindən deputatlığa namizəd, AXP sədri Pənah Hüseyn deyib. Onun sözlərinə görə, bu hal qanun pozuntusudur: "Yəqin bununla ciddi pozuntuya hazırlaşırlar, nəticələr iqtidar namizədinin xeyrinə saxtalaşdırılacaq." P.Hüseyn onu da deyib ki, hazırda məntəqənin içində dava gedir: "Müəyyənləşdirə bilmirik ki, dava edənlər kimlərdi. Biz də oturmuşuq burda, gözləyirik".

P.Hüseyn bu dəqiqələrdə musavat.com-a telefonla bildirdi ki, məntəqədə işıqlar söndürüldü: "Bir dəstə adam bizə hücum edib. 102 xidmətinə zəng vurmuşuq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru