İqbal Ağazadədən Araz Əlizadəyə uduzmağına əsəbi münasibət

2-11-2015, 01:25           
İqbal Ağazadədən Araz Əlizadəyə uduzmağına əsəbi münasibət
Ümid Partiyasının sədri İqbal Ağazadə parlament seçkilərində ASDP sədri Araz Əlizadəyə uduzmasına münasibət bildirib.

Partiya sədri Ölkə.az-a açıqlamasında deyib ki, 15 məntəqədən əldə etdikləri protokollara əsasən Əlizadəni xeyli üstələyib:

"Əlimizdə on beş məntəqənin protokolu var. On beş məntəqənin protokoluna görə 4400 səs mən qazanmışam, 160 səs Araz Əlizadə. Şikayətimiz olacaq. Çünki bu fantastik bir şeydir".

Qeyd edək ki, İqbal Ağazadə və Araz Əlizadə 35 saylı Xəta Üçüncü Seçki Dairəsində Milli Məclis üzvlüyü uğrunda mübarizə aparırdılar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru