Daha bir namizəd seçkilərin nəticəsini tanımadı - Ağdamda biabırçılıq baş verib ki...

2-11-2015, 15:55           
Daha bir namizəd seçkilərin nəticəsini tanımadı - Ağdamda biabırçılıq baş verib ki...
118 saylı Ağdam şəhər Seçki Dairəsindən deputatlığa namizəd olmuş Ağayev Musa Habil oğlunun DİA.AZ-a müraciəti daxil olub.

Müraciət müəllifi yazır:

“01 noyabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərdə qanunsuzluqların baş verdiyi müşahidə edildi. Bu cür qanunsuzluqlar həmçinin 118 saylı Ağdam şəhər Seçki Dairəsinin 18, 20, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45 və 46 saylı məntəqələrində də kifayyət qədər saxtakarlıqların olduğu qeydə alınıb. Artıq qanunsuzluqlarla bağlı prezident İlham Əliyevə, Prezident Administrasiyasına və Mərkəzi Seçki Komissiyasına müraciət edilib.

Mən 118 saylı Ağdam şəhər Seçki Dairəsindən namizədliyini irəli sürmüş Ağayev Musa Habil oğlu Kütləvi İnformasiya Vasitələrinə (KİV) mürəciət edərək bir daha qeyd etmək istəyirəm ki, yuxarıda göstərilən məntəqələrdə, Ağdam RİH-nin başçısı Raqub Məmmədov başda olmaqla, icra nümayəndələri, Ağdam rayonundan müxtəlif məntəqələrə təhkim olunmuş hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon təhsil şöbələsinin müdiri, tərəfindən məktəb direktorları, müəllimlər, məntəqə sədrləri məcburi qaydada ədalətli və şəffaf seçki keçirilməsinə əngəl törədiblər. İnsanları Azərbaycan Respublikasının Konstitusiyasının maddələrini kobud şəkildə pozmağa sövq ediblər! Müəllimləri, həkimləri, ən xırda dövlət işçisini belə vəzifələrindən qovacaqları ilə təhdid edərək Bəxtiyar Əliyevin xeyrinə saxtakarlıqla səs toplayıblar.

Bizim tərəfdən məntəqələrdə müəyyən olunmuş 35 müşahidəçimiz qanunsuzluqlara və saxtakarlığa etiraz etdikləri üçün onların 32-si qeyri-qanunu mətəqələrdən uzaqlaşdırılıb. Bununla da, bu adamlar Azərbaycan Respublikasının təməl sutunlarından biri olan Qanunvericilik hakimiyyətinə qarşı birləşərək, Konstitusiyaya zidd hərəkətlər etmişlər!

Çox təəssüflər olsun ki, Mərkəzi Seçki Komissiyası və eləcə də Azərbaycanda seçkiləri müşahidə etməyə gəlmiş bəzi xarici müşahidəçilər seçki saxtakarlıqlarına göz yumurlar. 118 saylı Ağdam şəhər Seçki Dairəsində kütləvi seçki saxtakarlıqlarını və baş verən qanunsuzluqları nəzərə alaraq 01 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərin nəticələrin tanımıram».












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.