Parlamentin ana müxalifəti kim oldu? – SİYAHI

2-11-2015, 15:56           
Parlamentin ana müxalifəti kim oldu? – SİYAHI
Milli Məclisin yeni tərkibində təmsil olunacaq siyasi partiyalar və deputatlarının sayı məlum olub.

Axar.az-ın məlumatına görə, bitərəf millət vəkillərinin sayı da müəyyənləşib.

Siyahıda hakim Yeni Azərbaycan Partiyası 71 millət vəkili ilə liderlik edir. İkinci yerdə 2 deputatla Vətəndaş Həmrəyliyi Partiyası qərarlaşıb.

Bitərəf deputatların sayı isə 42 nəfərdir. Milli Məclisdə YAP da daxil olmaqla, 12 partiyanın nümayəndəsi təmsil olunacaq. Bu partiyalar aşağıdakılardır:

Yeni Azərbaycan Partiyası - 71
Vətəndaş Həmrəyliyi Partiyası – 2
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası - 1
Azərbaycan Demokratik İslahatlar Partiyası– 1
Böyük Qurtuluş Partiyası - 1
Milli Dirçəliş Hərəkatı Partiyası - 1
Ana Vətən Partiyası - 1
Azərbaycan Sosial Rifah Partiyası -1
Vəhdət Partiyası -1
Vətəndaş Birliyi Partiyası - 1
Azərbaycan Demokratik Maarifçilik Partiyası - 1
ASDP – 1
Bitərəf - 42

Qeyd edək ki, seçkilərdə 125 yer uğrunda 767 deputatlığa namizəd, 22 partiya mübarizə aparıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru