Hindistanın baş nazirinin təyyarəsinin Pakistan səmasından uçmasına icazə verilməyib

28-10-2019, 05:19           
Hindistanın baş nazirinin təyyarəsinin Pakistan səmasından uçmasına icazə verilməyib
İslamabad Hindistanın baş nazirinin olduğu təyyarənin üçüncü ölkəyə uçması üçün Pakistanın hava məkanından istifadəyə icazə verməyib.

APA xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri Şah Mehmud Qureşi açıqlama yayıb.

Pakistanın “Aaj” telekanalı bildirir ki, İslamabadın mövqeyinə görə, belə bir qərar Hindistanın Cammu və Kəşmir bölgələrində törədilən “insan haqlarının kobud şəkildə pozulması” ilə əlaqədar qəbul edilib. Bu məlumat əsasında Pakistanın Xarici İşlər Nazirliyi Hindistan tərəfinə müvafiq yazılı bildiriş göndərmək niyyətindədir.
Qeyd edilir ki, Hindistan buna qədər baş nazirin təyyarəsinin keçə bilməsi üçün Pakistana müraciət də ünvanlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru