İstanbula təcrübəsiz birinin Baş konsul təyin edilməsi nədən xəbər verir? – Diplomatik etimadsızlıq

28-07-2020, 13:36           
İstanbula təcrübəsiz birinin Baş konsul təyin edilməsi nədən xəbər verir? – Diplomatik etimadsızlıq
Prezidentin bu gün İstanbula Baş konsul təyin etdiyi Nərminə Elsevər qızı Mustafayeva barədə maraqlı məlumatlar əldə etmişik.

Ovqat.com-un bildirdiyinə görə, yeni Baş konsul indiyədək bir gün olsun belə, diplomatik korpusda işləməyib.

Dolayısıyla o, bu sahədə ilk təcrübəsinə başlayacaq.

Nərminə Mustafayevanın indiyədək Prezident Administrasiyasında aşağı vəzifələrdən birində çalışdığı bildirilir. İstanbul Baş konsulu kimi ağır vəzifəyə belə bir təcrübəsiz kadrın gətirilməsi isə Azərbaycanın diplomatik korpusunun bundan sonrakı mümkün heyəti barədə də kifayət qədər məlumat verir. Belə aydın olur ki, Rusiyanın “5-ci kolon”unun, eyni zamanda rüşvətxor iri məmurlarının övladlarının oylağına çevrilən hazırkı diplomatik korpusumuza dövlət rəhbərinin zərrə qədər də etibarı qalmayıb və onların böyük əksəriyyəti çıxdaş olunacaq.

Sözsüz ki, “köhnə diplomatik korpus”dan 3-4 nəfər saxlanılacaq olsaydı, İstanbula mütləq onlardan biri göndərilərdi. Zira Azərbaycanın strateji tərəfdaşı olan Türkiyənin ən böyük şəhərindəki nümayəndəliyin ciddi təcrübəyə malik bir şəxsin ixtiyarına verilməsi daha məqsədəuyğun olardı.

Maraqlıdır ki, İstanbuldakı köhnə konsulumuzun görəv vaxtı tamamlanmamışdı. O, 2016-cı ilin aprel ayında bu vəzifəyə təyin olunmuşdu. Diplomatik missiyasının tamamlanmasına daha 9 ay qalırdı. Prezidentin Sərəncamı ilə onun vaxtından əvvəl işdən uzaqlaşdırılması ancaq işinin öhdəsindən gələ bilməməsi və ya Prezidentin etimadını doğrultmaması ilə izah edilə bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.