Medvedev İrəvana, oradan da Bakıya gələcək –Səfər proqramında dəyişiklik

7-04-2016, 10:17           

Rusiyanın baş naziri Dmitri Medvedev aprelin 7-də İrəvana səfər edərək Ermənistan prezidenti Serj Sarkisyanla görüşəcək.

APA-nın xəbərinə görə, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat verib.

“Aprelin 8-də isə Dmitri Medvedevin Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşü baş tutacaq. Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə əlaqədar Rusiya baş nazirinin səfərinin proqramına müəyyən dəyişikliklər edilib”,- məlumatda deyilir.

Dmitri Medvedev həmçinin aprelin 7-də İrəvanda ermənistanlı həmkarı Ovik Abramyanla, bir gün sonra isə Azərbaycan baş naziri Artur Rasizadə ilə görüşəcək.

Qeyd edək ki, aprelin 6-da Artur Rasizadə və Dmitri Medvedev arasında telefon danışığı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru