"Ermənistanı iqtisadi kollaps gözləyir" - Keçmiş baş nazir
5-03-2017, 21:41
Bu gün Ermənistanın dövlət borcu 5, 2 milyard dollar təşkil edir, amma ümumi xarici borc – 8 milyard dollardır. Ermənistanın xarici borcları artır və bu ölkəni kollapsa (ekstremal vəziyyətə) gətirib çıxara bilər.
teref.az virtualaz.org-a istinadən xəbər verir ki, bunu "Azad demokratlar" Partiyasının proqramının təqdimat mərasimində Ermənistanın sabiq baş naziri Qrant Baqratyan bildirib.
"Belə templərlə biz hətta heç yerə yox –iqtisadi kollapsa gedirik. Biz yalnız pis yaşamırıq, həm də borca yaşayırıq", - deyə o vurğulayıb.
Sabiq baş nazir həmçinin əlavə edib ki, son 10 ildə ölkədə yoxsulluğun göstəricisi 23%-dən 30%-ə qalxıb və bu yalnız rəsmi məlumatlara görə belədir. Baqratyanın öz məlumatlarına görə isə, indi Ermənistanda yoxsulluğun səviyyəsi 38% təşkil edir.