Tramp azərbaycanlılara niyə qadağa qoymayıb? - QALMAQALLI XƏRİTƏ

7-03-2017, 22:34           

“Bloomberg” agentliyi ABŞ prezidenti Donald Trampın 6 müsəlman ölkəsinin vətəndaşlarına qoyduğu qadağa üzərindən bölgədə yerləşən digər müsəlman ölkələrini hədəf alıb.

teref.az publika.az-a istinadən xəbər verir ki, agentlik qadağanın digər müsəlman ölkələrinə qarşı tətbiq edilmədiyinə dair sual qoyub.

Agentlik qeyd edir ki, Trampın fərmanında Azərbaycan, Türkiyə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə qarşı qadağa tətbiq edilməməsi ABŞ prezidentin ticarət əlaqələri ilə bağlıdır.

“ABŞ prezidenti Donald Trampın immiqrant siyasəti ilə bağlı yeni fərmanında İraq istisna olmaqda, heç bir şey dəyişməyib. Onun təklif etdiyi siyahıya “Trump” şirkəti ilə iş görən və ya potensial imkanların olduğu müsəlman ölkələri daxil deyil”, - deyə agentlik yazıb.

ABŞ prezidenti Donald Tramp immiqrant siyasəti haqqında yeni fərmanı imzalayıb. Fərman 16 mart tarixində qüvvəyə minəcək.
Fərman 90 gün ərzində altı ölkə - İran, Yəmən, Liviya, Suriya, Somali və Sudan vətəndaşlarının ABŞ-a girişinə qadağanı nəzərdə tutur. İraq əvvəl açıqlanan siyahıdan çıxarılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru